Bu ay Gürcüstanda ərzaq məhsulları cüzi bahalaşıb
Cari ilin may ayında Gürcüstanda illik inflyasiya ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz artıb. Cari ilin aprel ayında inflyasiya 0,9 faiz, may ayında isə 0,72 faiz olub.
Valyuta.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, mart ayında ölkədə kommunal xidmətlərin qiyməti 36 faiz artıb və bu da, son aylarda inflyasiyaya çox ciddi təsir göstərib.
Keçən ilin sonlarında Gürcüstan hökuməti pandemiya ilə əlaqədar əhalinin istehlak etdiyi elektrik enerjisi, qaz, su və digər kommunal xərclər üçün güzəşt tətbiq edib. Bu güzəştlərin mart ayında başa çatması da inflyasiyaya təsirsiz ötüşməyib.
Mayda təhsil xərcləri aprel ayı ilə müqayisədə 0,1 faiz azalıb. Səhiyyə rəcləri 0,9 faiz, restoran və otelçilik qiymətləri 1,4 faiz, nəqliyyat xərcləri isə 2 faiz artıb. May ayında ərzaq məhsullarının qiyməti 0,3 faiz bahalaşıb.
Gürcüstan Milli Bankının proqnozlarına əsasən bu ilin sonuna illik inflyasiya 6,5 faiz olacaq. Bank inflyasiyanın daha da artmasının qarşısını almaq üçün aprel ayından sərt monetar siyasət həyata keçirməyə başlayıb və yenidən maliyyələşməni 9,5 faiz artırıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay