Vaksinasiya prosesini sürətləndirmək vacibdir - AÇIQLAMA
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ərizələrə baxılması prosesini sürətləndirmək məqsədilə vaksinlərin ilkin qiymətləndirilməsi prosedurunun optimallaşdırılmalı olduğunu qəbul edir.
Valyuta.az məlumat verir ki, bu barədə TASS-a müsahibəsində ÜST-nin Avropa Regional Bürosunun direktoru Hans Klüge bildirib.
“Rusiyanın Səhiyyə naziri Mixail Muraşko ilə çox yaxşı söhbətimiz oldu. Vaksinlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə mümkün qədər tez səy göstərilməsi fikri ilə tamamilə razıyam”, - o deyib.
Onun sözlərinə görə, ÜST tənzimləyici orqan deyil: "Biz ilkin qiymətləndirməni həyata keçiririk. Beləliklə, biz təhlükəsizlik, səmərəlilik və keyfiyyətlə bağlı tövsiyələr veririk. Əlbəttə ki, biz ölkələrdən daxil olan məlumatlara da əsaslanırıq. Amma, hesab edirəm ki, əsas qayə düzgündür: hər kəs hərəkət etməli və bunu bir qədər sürətli eməlidir”.
Tərcümə: Karman Xəlilov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay