Böyük Britaniyanın dövlət borcu ən yüksək həddi keçdi
Böyük Britaniyanın Milli Statistika Komitəsi aylıq dövlət borclanması icmalının növbəti buraxılışını açıqlayıb.
Valyuta.az xəbər verir ki, bu ilin aprel ayında ölkənin dövlət borcu 31,7 milyard funt sterlinq (76,35 milyard manat) olub.
Xatırladaq ki, 1993-cü ildən bəri aprel ayının ən yüksək dövlət borcu isə keçən il qeydə alınmışdı. Builki göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 15,6 milyard funt sterliq (37,57 milyard manat) azdır.
Koronavirus pandemiyasının təsirlərinin sərt olduğu 2020-ci ilin aprel ayında Böyük Britaniyanın dövlət borcu 47,3 milyard funt sterlinqə (113,92 milyard manat) çatmışdı.
Milli Statistika Komitəsinin məlumatına əsasən, Böyük Britaniyada vergi ilinin başlanğıcı olan 2020-ci ilin aprel ayından bu ilin mart ayının sonunadək, yəni son vergi ili ərzində dövlət borcunun ümumi məbləği 303,1 milyard funt sterlinq (730 milyard manat) olub ki, bu da İkinci Dünya müharibəsindən sonra ölkənin üzləşdiyi ən yüksək rəqəmdir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay