Dünya
08.05.2021 / 11:33
Gürcüstan əlavə 500 min doza “Sinopharm” vaksini alacaq
12163
Gürcüstan iyunda Çindən əlavə 500 min doza “Sinopharm” vaksini əldə edəcək.
Valyuta.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə Gürcüstan və Çin hökumətləri arasında danışıqlar aparılır.
Qeyd edək ki, Gürcüstan Səhiyyə Nazirliyinin məlumatına əsasən, ölkə əlavə 100 min doza “Sinopharm” vaksinini Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsi ilə əldə edəcək. Gürcüstanda “Sinopharm” vaksininin 100 min dozadan ibarət ilk partiyası aprelin 3-də qəbul edilib. Vaksinin tətbiqinə isə mayın 4-də başlanılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay