Bankların faiz dərəcələri artacaq – KRİTİK AÇIQLAMA
COVİD-19 pandemiyasından sonra dövlətlər dünya banklarının faiz dərəcələrini artırması təhlükəsinə hazırlıqlı olmalıdırlar.
Valyuta.az “New York Times” qəzetinə istinadən xəbər verir ki, bu sözləri Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgiyeva Avropa İttifaqı tərəfindən təşkil edilən video-konfrans zamanı bildirib.
Dövlət rəhbərlərinə müraciəti zamanı bəzi məsləhətlər edən qurum rəsmisi qeyd edib ki, qlobal iqtisadiyyatın aprel ayındakı göstərciləri kifayət qədər qənaətbəxşdir.
K. Georgiyeva həmçinin, pandemiya dövründə tətbiq olunan dövlətlərə yardım siyasətinin tədricən aradan qaldırılmasının vacibliyni məsləhət görüb.
Onun sözlərinə görə, pandemiya dövründə yardım siyasətinin tədricən aradan qaldırılması prosesi diqqətlə icra edilməlidir:
“Belə ki, istənilən halda biz banklarda artan faiz dərəcələri ilə qarşılaşa bilərik. Əgər belə hal baş verərsə, iqtisadiyyatı zəif olan, xarici borcu yüksək və inkişaf etməkdə dövlətlər böyük risk altında qala bilərlər”.
Tərcümə edən: Kamran Xəlilov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay