Dünya
07.05.2021 / 11:40
Dünyada mərkəzi bankların dollar ehtiyatları 25 illik minimuma enib
12092
2020-ci ilin yekunlarına əsasən, dünyanın 149 ölkəsinin mərkəzi banklarının 12 trilyon 701 milyard ABŞ dolları ekvivalentində valyuta ehtiyatları yığılıb.
Beynəlxalq Valyuta Fondunun (BVF) araşdırmasına görə, bu göstərici 2020-ci il ərzində 7,4% artıb.
Mərkəzi bankların valyuta ehtiyatlarının 59,02%-i dollarda, 21,24%-i avroda, 6,03%-i Yaponiya yenində, 4,69%-i funt sterlinqdə, 6,32%-i isə digər valyutalarda olub.
Qeyd edilir ki, mərkəzi banklar tərəfindən dollarda saxlanılan valyuta ehtiyatlarının xüsusi çəkisi 25 illik minimuma enib. //APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay