Çin yaxın gələcəyin super iqtisadi gücünə çevrilə bilər - İDDİA
2021-ci ilin ilk rübündə ABŞ-da siyasi tələblərin çoxalması və Hindistanda artan COVİD-19 böhranı Çinin ixracatını maksimum səviyyədə artırmasına şərait yaradıb.
Valyuta.az “BBC news”-a istinadən xəbər verir ki, bu ilin əvvəlində ABŞ-da yaşanan siyasi çaxnaşmalar və artan sosial narazılıq ölkənin ticarət və ixracat sektoruna ciddi şəkildə təsir göstərib. Digər tərəfdən, Hindistanda hökumət COViD-19 pandemiyası ilə mübarizədə aciz qaldığından ölkə ərazisində sənayenin bütün sahələri, eləcə də əsas fabrik və zavodlar fəaliyyətini qeyri-müəyyən müddətə dondurub.
Baş verənlərin fonunda Çin iqtisadiyyatı hər keçən gün güclənməyə davam edir. Belə ki, illik ixracat həcmi kəçən illə müqayisədə 32% artaraq 264 milyard dolları ötüb. Həmçinin, Çin iqtisadiyyatı ilin əvvələrindən bu yana 18,3 % böyüyərək son 10 ildəki ən güclü artımı göstərib.
İqtisadçılar Çin iqtisadiyyatındakı artım tendensiyasının ilin sonuna kimi davam edəcəyini və növbəti illərdə Çinin super iqtsadi güc olmaq yolunda xeyli irəliləyiş göstərəcəyini qeyd ediblər.
Tərcümə edən: Kamran Xəlilov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay