Dünya
06.05.2021 / 17:26
İngiltərə milli valyutası bahalaşmağa başlayıb – SƏBƏB
12064
İngiltərə Mərkəzi Bankının (BoE) iqtisadiyyatın son vəziyyətinə dair açıqlamasından sonra funt sterlinq bahalaşmağa başlayıb.
Valyuta.az İnvestaz.az-a istinadən xəbər verir ki, İngiltərə iqtisadiyyatı proqnozlaşdırılandan daha sürətlə inkişaf etməkdədir.
Bu isə peyvəndlənmə prosesində irəliləyişin əldə olunması ilə mümkün olub. Bununla yanaşı, cari il üzrə inkişaf səviyyəsi 5%-də görülür, 2021-ci il üzrə isə 7.3%-ə qaldırılıb.
Karantin tədbirlərinin yumşaldılması və sosial məhdudiyyətlər aradan qaldırıldıqdan sonra böyümə davam edəcək.
GBPUSD məzənnəsi iki gündür 1.39 dollar ətrafında dalğalandıqdan sonra bankın qərarından sonra 1.3940 dollara yüksəlib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay