Dünya
05.05.2021 / 11:22
Rusiya bankları əmənətlər üzrə faiz dərəcələrini artırır
11950
Rusiya bankları əmanətlər üzrə faiz dərəcələrini artırmağa başlayıb.
Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, şərtlərin yaxşılaşdırması ortalama 0,2-1,5% təşkil edib.
Qeyd edək ki, 23 aprel tarixində Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 0,5 faiz bəndi artıraraq 5%-ə yüksəldib. Bu, 2014-cü ilin dekabr ayından bəri qeydə alınmış ən kəskin artım olub.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, aprelin 1-nə ölkədə manatla depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 8,54%, xarici valyuta ilə isə 1,71% təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay