Azərbaycanın Asiya İnkişaf Bankına borcu nə qədərdir? - Bank rəqəmləri AÇIQLADI
2020-ci ilin dekabrın 31-i tarixinə Asiya İnkişaf Bankının (AİB) balansında Azərbaycan üçün təsdiq olunmuş 2,684 mlrd. ABŞ dolları məbləğində kreditləri mövcud olub.
Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, bununla bağlı bankın maliyyə hesabatı yayımlanıb.
Bu göstərici bankın ümumi kredit rortfelinin 1,44%-nə barabərdir.
Hesabata görə, sözügedən məbləğin 2,516 mlrd. dollarlıq hissəsi (93,7%) artıq Azərbaycan tərəfindən müxtəlif layihələr üçün istifadə olunub və ölkənin rassivinə bank qarşısında bağlanmamış borc kimi daxil olub. Qalan 168 mln. dollar isə hələ ölkə tərəfindən mənimsənməyib.
Qeyd edək ki, təkcə 2020-ci ildə AİB Azərbaycana 80,6 mln. dollar, o cümlədən texniki yardım şəklində 5,6 mln. dollar, layihələrə isə 75 mln. dollar ayırmağa öhdəliyinə götürüb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay