Lirə 1 faizdən çox dəyərsizləşib - DEPUTAT
Türkiyənin ABŞ ilə münasibətlərinin gərginləşməsi qardaş ölkənin milli valyutasının məzənnəsinə də təsirsiz ötüşmədi. Həftəyə lirə enişlə başlayıb.
Valyuta.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov açıqlamasında söyləyib.
Onun sözlərinə görə, hələlik lirənin kursunda ciddi azalmalar olmasa da, ötən həftəni dollara nisbətən 8.33 məzənnəsi ilə başa vuran Türkiyə pulu bu həftəyə 8.44 tarazlığı ilə başlayıb:
“Lirə sonuncu sonuncu iş günü ilə müqayisədə dollara nisbətən 1 faizdən çox dəyərsizləşib. Göründüyü kimi, Amerika Birləşmiş Ştatları Prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanat region iqtisadiyyatına da təsirsiz ötüşmür. Amma təbii ki, belə gərgin münasibətlər yalnız qardaş Türkiyə və ya region ölkələri üçün deyil, eyni zamanda Birləşmiş Ştatların biznes dairəsi üçün də arzuolunan deyil”.
ABŞ-ın qlobal iqtisadi güc statusunu qoruyub saxladığını deyən millət vəkili qeyd edib ki, amma Türkiyə ilə 26.8 milyard dollarlıq xarici ticarəti olan Birləşmiş Ştatlarda biznesin müəyyən seqmenti bu gəlirlərdən faydalanır:
“14.2 milyard dollarlıq Birləşmiş Ştatlar ixracatı onun ümumi eksportu ilə müqayisədə böyük görsənməsə də belə biznes gəlirləri baxımdan heç də kiçik göstərici deyil”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay