“COVİD-19” analizinin cavabı 5 dəqiqədə bəlli olacaq - YENİLİK
Yaponiyada elm adamları koronavirusu 5 dəqiqədə aşkar edə bilən yeni test metodu kəsf ediblər.
Valyuta.Az bbc.com-a istinadən xəbər verir ki, Yaponiyanın Tokio Universiteti və RİKEN tədqiqat institutu ilə birgə araşdırmalar aparıblar.
Nəticədə bir neçə millimetr həcmli dəliklərə sahib şüşə löhvə üzərində testlər aparılacaq və artıq virusa yoluxmuş şəxslərin analizinin cavabı 5 dəqiqədə hazır olacaq.
Mütəxəssislər tərəfindən verilən açıqlamaya görə, insanlardan götürüləcək nümunələr həmin şüşə löhvə üzərinə yerləşdiriləcək.
“Əgər alınan nümunələr üzərində mikroblar aşkar edilərsə, mikroskop altında baxış zamanı bu özünü işıq əks etdirməsi kimi biruzə verəcək. Bununla da, çox qısa müddət ərzində analizin cavabı müəyyən ediləcək” – açıqlamada qeyd edilir.
Tərcümə edən: Kamran Xəlilov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay