Kriptovalyutaların qiyməti bir gecədə 20 faiz ucuzlaşdı - SƏBƏB
Bir müddət əvvəl qiyməti 60 min dolları keçən “Bitkoin” və dəyəri hər gün artan digər növ kriptovalyutalar dünən birdən-birə 20 faiz ucuzlaşaraq 50 min dollardan aşağı enib.
Valyuta.az xəbər verir ki, kəskin ucuzlaşmanın arxasında bir sıra səbəblər dayanır.
Xarici KİV-də səsləndirilən bəzi iddialara görə, ABŞ Maliyyə Nazirliyi qeyri-leqal yollarla bu bazardan gəlir əldə edən subyektləri cəzalandırmaq üçün bu yola əl atıb.
İrəli sürülən digər bir iddiaya görə, buna ötən günlərdə Çinin Xinjang bölgəsində baş verən elektrik kəsintinin səbəb olduğu bildirilir. Belə ki, bu bölgədən kriptovalyutalar vasitəsilə edilən ticarətin həcmi bikoinin ümumi satış dövriyyəsində 50%-dən çox yer tutduğu bəlli idi.
Mütəxəssislər elektrik kəsintisinin də məhz kəskin artan qiymət axınını yavaşlatmaq üçün edilən bir addım olmasını vurğulayıblar. Lakin, göstərilən bu səylər kriptovalyuta bazarında gözləniləndən daha kəskin ucuzlaşmaya səbəb olub.
Kamran Xəlilov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay