Rusiyadan Azərbaycana pul köçürmələri azalıb – Rusiya Mərkəzi Bankı
Rusiyada yaşayan miqrantların öz ölkələrinə pul köçürmələrinin məbləği açıqlanıb.
Valyuta.az Axar.az-a istinadən xəbər verir ki, 2020-ci ilin 4-cü rübünı aid statistikada köçürmələrin bütün istiqamətlər üzrə əsasən azaldığı bəlli olub.
Belə ki, Rusiya Mərkəzi Bankının məlumatlarına əsasən, Rusiyadan köçürmələr sözügedən dövr ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz, il ərzində 4 faiz azalıb.
Yalnız Belarus (30%) və Ukraynaya (1,6%) köçürmələr artıb və müvafiq olaraq 110,3 və 159,8 milyon dollar olub.
Türkmənistana 0,3 (25% azalma), Tacikistana 348,1 (23,7% azalma), Qırğızıstana 379,5 (20,2% azalma), Moldovaya 68,5 (13,6% azalma), Qazaxıstana 34,3 (10% azalma), Özbəkistana 913 (4% azalma) milyon dollar köçürülüb.
İşçi miqrantların Azərbaycana köçürmələrində 8,6%, Ermənistana isə 4% azalma baş verib. Belə ki, azərbaycanlılar öz ölkələrinə 164,5 milyon, ermənilər isə Ermənistana 179,2 milyon dollar göndərib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay