Peyvəndlər ölkələr arasında bərabər paylanmır - ÜST
"Bəşəriyyət koronavirus peyvəndlərinin ölkələr arasında bərabər bölgüsünü təmin edə bilmir".
Valyuta.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adan Qebreyesus BMT İqtisadi və Sosial Şurasının iclasında açıqlama verib.
Onun sözlərinə görə, dünyada 832 milyon peyvənd tədarükünün 82% -dən çoxu yüksək və orta gəlirli ölkələrin payına düşür. Az gəlirli ölkələrdə isə bu göstərici təxminən 0,2% -dir.
“Peyvəndlərdə bərabərlik dövrümüzün problemidir. Və uğursuzluqla üzləşirik”, - deyə Qebreyesus qeyd edib.
ÜST rəhbəri COVAX mexanizmi ilə peyvənd almağı planlaşdıran bəzi ölkələrin "heç bir şey əldə etmədiklərini" və daha bir neçə ölkənin onlara ayrılan peyvənd kvotasının bir hissəsini vaxtında ala bilməyəcəyini bildirib.
Onun sözlərinə görə, COVAX vasitəsilə tədarük həcminin 100 milyondan çox dozaya çatması lazım idi, lakin bu günə qədər yalnız 40 milyon doza peyvənd tədarük olunub.
ÜST rəhbəri artıq sayda peyvənd ayırmış ölkələri preparatları "COVAX" çərçivəsində ianə etməyə çağırıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay