Dünya
13.04.2021 / 16:53
Süveyş kanalında hərəkəti iflic edən gəmiyə həbs qoyuldu
10749
Bir müddət əvvəl Süveyş kanalında saya oturaraq hərəkəti bir həftə ərzində iflic edən "Ever Given" konteyner gəmisinə həbs qoyulub.
Trend-in məlumatına görə, qərar gəmi sahibinin vurulan ziyana görə təzminatı tam məbləğdə ödəməkdən imtina etməsi ilə əlaqədar verilib.
Süveyş kanal rəhbərliyi hərəkətin dayanması ilə əlaqədar "Evergreen" şirkətindən 1 milyard dollar təzminat tələb edir.
Şirkət isə öz növbəsində həmin məbləğin 90 faizini, 900 milyon dollar məbləğ ödəməyə hazır olduğunu bildirir.
Xatırladaq ki, martın 23-də Tayvanın "Evergreen" şirkətinə məxsus 400 metrlik və 224 min tonluq "Ever Given" konteyner gəmisi Süveyş kanalında saya oturaraq bir həftəyə yaxın müddət ərzində hərəkəti iflic etmişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay