Birjalarda dollara tələb niyə azalır? - TƏHLİL
Dünən dərc olunan “FOMC”-un protokollarında FED-in monetar siyasətinə və inflyasiya gözləntilərinə dair yeni detallar açıqlanıb.
Valyuta.az xəbər verir ki, bu barədə "Invest-AZ İnvestisiya Şirkəti" QSC-nin maliyyə üzrə eksperti Tusi Heydərov səsləndirib.
Bu fonda cari ticarət həftəsinə enişlərlə başlayan dollar indeksinin yenidən yüksəlməyə başladığını deyən T.Heydərov qeyd edib ki, Avrozonada biznes aktivliyi göstəricilərinin artımla açıqlanmasından sonra 1.1910 hədlərinə qədər bahalaşan EURO/USD cütlüyü FED sədrinin açıqlamaları fonunda yenidən ucuzlaşmağa başlayıb:
“Təhlillərə əsasən 1.1859 səviyyəsi aşağıya doğru qırılarsa, enişlər 1.1834 və 1.1784 hədlərinə qədər davam edə bilər. GBP/USD valyuta cütlüyünə H1-da nəzər yetirdikdə, qiymətin 1.3720 hədlərinə qədər ucuzlaşdığının şahidi oluruq. Hazırda 1.3760 hədlərində ticarət edilən cütlüyün 1.3720 həddinin qırılacağı təqdirdə, 1.3670 və 1.3570 səviyyələrinə kimi ucuzlaşacağı proqnozlaşdırılır”.
Ekspert, qızılda FED-in pul - kredit siyasəti və inflyasiya gözləntiləri fonunda artım tendensiyasının bir qədər zəiflədiyini və üfüqi dalğalanmanın yaranmağa başladığını diqqətə çatdırıb.
Onun sözlərinə görə, hazırda bir unsiya üzrə dəyəri 1 740 dollar olan qızılda 1 745 dollar həddi qırılarsa, qiymətli metal 1 755 dollardan 1779 dollara kimi bahalaşa bilər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay