Türkiyə bankları üçün maliyyələşmə riskləri artıb - "Fitch"
Türkiyə Respublikası Mərkəzi Bankının sədrinin dəyişməsi fonunda türk bankları üçün maliyyələşmə riskləri daha da artıb.
Valyuta.az İnvestaz.az-a istinadən xəbər verir ki, bu barədə "Fitch Rating" Beynəlxalq Reytinq Agentliyi çap etdiyi araşdırma hesabatlarının birində açıqlayıb.
Bankların qısamüddətli borclarının artdığını qeyd edən Agentlik əlavə edib ki, 2020-ci ilin sonunda türk banklarının xarici borcu 2019-cu ilə nisbətən daha az olub. Ancaq 2020-ci ildə qısamüddətli xarici borc nisbəti 2019-cu ilə nisbətən artıb.
Hesabatda göstərilir ki, türk lirəsindəki zəifləmə və inflyasiya davam edərsə, dollarlaşma artacaq və banklara inam nəzərə çarpacaq dərəcədə zəifləyəcək. Eyni zamanda, şirkətlərdə nağd pul çatışmazlığının yaşanması xarici valyutada depozitlərin azalacaq və ya qeyri-sabitliyə səbəb olacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay