“Pandemiya təcili satınalma proqramı” dayandırılacaq - AMB
“İqtisadi inkişaf templəri proqnozlara uyğun davam edəcəyi təqdirdə, "Pandemiya təcili satınalma proqramı"nı (PEPP) dayandırmağa məcbur qalacağıq”.
Valyuta.az İnvestaz.az-a xəbər verir ki, bu barədə Avropa Mərkəzi Bankı İdarəetmə Şurasının üzvü Klas Knot açıqlama yayıb.
Klas Knot bildirib ki, iqtisadiyyat əsas ssenari üzrə inkişaf edərsə, ilin ikinci yarısında daha yaxşı inflyasiya səviyyəsini və iqtisadi artımı görmək mümkün olacaq.
“Belə olan halda, üçüncü rübdən başlayaraq "Pandemiya təcili satınalma proqramı"nı tədricən azalda və 2022-ci ilin martında isə tamailə ləğv edə bilərik" – deyə Şura üzvü qeyd edib.
Xatırladaq ki, AMB sədri Kristin Laqard daha öncə də istiqraz gəlirliliyinin artmasına qarşı addım atmaqdan çəkinməyəcəklərini söyləmişdi.
Qeyd edək ki, AMB Avrozonada bu il 4%-lik iqtisadi inkişafa nail olunacağını proqnozlaşdırır. Keçən ili 6.6% geriləmə ilə başa vuran Avropada pandemiyadan əvvəlki iqtisadi inkişaf səviyyəsinə 2022-ci ilin ortalarında çatmağın mümkün olacağı ehtimal olunur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay