ABŞ-ın yenidən özünə gəlməsi üçün vaxt lazımdır – AÇIQLAMA
“ABŞ-ın pandemiyadan sonra iqtisadi baxımdan yenidən dirçəlişi digər dövlətlərin maliyyə sistemlərinin sabitliyindən və inkişafından asılıdır”.
Valyuta.Az Sondakika.com-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə katibi Janet Yellen, Çikaqo Qlobal Əlaqələr Şurasındakı çıxışında səsləndirib.
Beynəlxalq Valyuta Fondu tərəfindən təqdim edilən layihə haqqında məlumat verən Yellen qeyd edib ki, hazırda Beynəlxalq Valyuta Fondunun qarşısında duran əsas məsələ, dövlətlərin “COVİD-19” pandemiyasından qaynaqlanan iqtisadi böhrandan minimum zərərlə çıxmasını təmin etməkdir.
“Buna görə də təşkilat öz maliyyə ehtiyatlarını artırmaq üçün 650 milyard dollarlıq “Xüsusi Borc Qanunları” adlanan layihəsini hazırlayır” – deyən Yellen vurğulayıb ki, bu, gələcəkdə pandemiyadan ziyan görmüş dövlətlərin iqtisadiyyatına müsbət stimul olacaq.
Maliyyə katibi xatırladıb ki, Beynəlxalq Valyuta Fondu (BVF) pandemiyadan qaynaqlanan böhrandan çıxış yolunu dəstəkləmək məqsədilə ehtiyatlarını artırmaq üçün 650 milyard dollarlıq yeni Xüsusi Borc Qanunları layihəsini hazırlayacaq. Katib bunun gələcəkdə pandemiyadan ziyan görmüş dövlətlərin iqtisadiyyatına müsbət stimul olacağını diqqətə çatdırıb.
Kamran Xəlil
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay