Almaniya məhkəməsindən qəti qərar: borc proqramı imzalanmayacaq
Almaniya Ali Məhkəməsi Avropanın 750 milyard avroluq Korona Yardım fondunun qarşısını almaq üçün yeni qətnamə qəbul edib.
Valyuta.az İnvest.az-a istinadən xəbər verir ki, qərarda, prezident Frank Valter Ştaynmayerin Korona İnkişaf proqramını 2027-ci ilə kimi imzalaya bilməyəcəyi bildirilib.
Qərarın əsas hissəsinin isə sonra açıqlanacağı bildirilir.
Şikayət edən tərəf (müxalifət partiyalar) Almaniyanın yeni borc yükünün altına girməsini təhlükəli hesab edir. Maliyyə naziri Olaf Şolç isə qərara baxmayaraq, qanunun vaxtında imzalana biləcəyini deyib.
Proqrama görə, qrant və kredit şəklində paylanılacaq borcun 2058-ci ilə kimi qaytarılması planlaşdırılır və ömumilkdə yenidənqurma üçün 2027-ci ilə kimi 1.8 trilyon avroya ehtiyac olacaq.
Qeyd edək ki, Avropanın 27 ölkəsi qanunu imzalamayacağı təqdirdə, Birlik korona bondları buraxa bilməz.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay