Dünya
06.04.2021 / 11:03
Rusiyada koronavirusun yeni ştammı müəyyən olunub
10333
Rusiya ərazisində koronovirusun Britaniya, Cənubi Afrika və ya Braziliya növündən fərqli mutasiyalara sahib olan naməlum ştammlar müəyyən olunub.
Valyuta.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Rospotrebnadzor”un (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi üzrə Federal Xidməti) rəhbəri Anna Popova xəbər verib.
Onun sözlərinə görə, hazırda onların epidemioloji əhəmiyyətini qiymətləndirmək üçün işlər aparılır.
Popova hələ ki, narahatlıq üçün heç bir əsas olmadığını qeyd edib.
Eyni zamanda, “Rospotrebnadzor” rəhbəri özünün və həmkarlarının koronavirusun hər hansı bir növünü “Rusiya ştammı” adlandırmasının tərəfdarı olmadığını vurğulayıb.
Popova hər mutasiyaya ad verməyin mənasız olduğunu əlavə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay