Dünya
05.04.2021 / 09:55
ABŞ “AstraZeneca” peyvəndinin istehsalını DAYANDIRIR
10253
ABŞ-da “AstraZeneca” peyvəndinin istehsalı ilə məşğul olan Baltimordakı “Emergent Biosolutions” zavodu yerli “Johnson & Johnson” şirkətinin ixtiyarına veriləcək.
Valyuta.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Bayden administrasiyası müvafiq qərar qəbul edib.
Qərarın icrasından sonra müəssisədə Britaniya-İsveç ortaq peyvəndinin (“AstraZeneca”) istehsalı dayandırılacaq və onu yerli vaksin (“Johnson & Johnson”) əvəz edəcək.
Qeyd edək ki, ABŞ peyvəndinin başlıca özəlliyi koronavirusa qarşı immuniteti formalaşdırması üçün iki deyil, bir dozanın kifayət etməsidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay