Sultan Süleymanın portreti 1 milyon manata satıldı
Böyük Britaniyanın “Sotbis” hərrac evində Osmanlı padişahı Sultan Süleyman Qanuninin portreti satışa çıxarılıb.
Bu barədə hərrac evi məlumat yayıb.
“İslam dünyası və Hindistan incəsənəti” adlı kolleksiyada 60 000-80 000 arası funt sterlinqlik ilkin qiymətlə hərraca çıxarılan Sultan Süleymanın portreti 438 500 funt sterlinqə (təxminən 1 milyon 23 min manat) satılıb.
Portretin sultanın 43 yaşı olanda çəkildiyi ehtimal olunur. Sənət əsəri fransız ailənin özəl kolleksiyasında saxlanılırmış.
Xatırladaq ki, Möhtəşəm Sultan 1494-cü ildə Trabzonda doğulub. O, Osmanlı imperiyasının 10-cu sultanıdır, həmçinin 89-cu xəlifədir. Sultan Süleyman Qanuni 1520-ci ildən 1566-cı ilədək imperiyaya rəhbərlik edib. Sultan Süleyman 1566-cı ildə indiki Macarıstan ərazisində vəfat edib. //Report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay