BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.843
  • 1 Rusiya rublu
    0.0175
  • 1 Türkiyə lirəsi
    0.0497
  • 1 İngiltərə funt sterlinqi
    2.2138
57637

Sevilməyən bir rəhbərlə işləmək işçilərə bir neçə cəhətdən təsir edə bilər. Bu təsirlər həm emosional, həm də peşəkar sahədə baş verə bilər. Bu təsirlərin istiqaməti haqqında danışaq.

Emosional təsir

Motivasiya azalır - İşçilər sevdikləri rəhbərlərlə daha motivasiyalı işləyə bilərlər. Rəhbər tərəfindən dəstək gördükdə bu sizin iş mühitində həm fərdi, həm də komanda ilə olan fəaliyyətinizə müsbət təsirləri olur. Günün sonunda ortaya qoyduğunuz iş məhsuldar olur. Gördüyünüz işə, özünüzə qarşı olan hörmətiniz artır. 

Sevilməyən rəhbərlə çalışmaq, motivasiyanı azalda bilər. Bu, o qədər rahatsız edici bir vəziyyətdir ki, sizin işinizin keyfiyyətinə də təsir edir. Tək düşündüyünüz rahatsız olduğunuz mühitdən, insanlaradan uzaqlaşmaqdan başqa heçnə olmur.

Stress yaradır, gərgin olursunuz - Rəhbərliklə uyğunsuzluq, iş mühitində gərginliyin artmasına səbəb ola bilər. Bu, uzun müddət işlədikdə stress yarada bilər. Gün boyu özünüzə, ətrafınıza qarşı aqressiv olursuz. Zamanla həm siz, həm də ərtafınız bu ruh halınızdan narahat olur. Ən pisi də stress və gərginliyə görə, insanın özünə yadlaşmağıdır.  

Özünə inamsızlıq yaradır - Rəhbərdən gələn tənqidlər, işçinin özünə inamını sarsıda bilər. Bu, işçi üçün çətin vəziyyətlər yarada bilər. Əslində, tənqidlər iş etikasına uyğun şəkildə olarsa, bu, normaldır. Əksinə, sizin özünüzə işinizə olan inamı yox edəcək formada, hələ bir də iş yoldaşlarınızın gözü qarşısında olduqda özünə inamsızlıq yaradır. “Görəsən, mən bu işə uyğunam”, “bəlkə səhv yerdəyəm” deyə özünüzü sorğulayırsız. Özünüzdən, gördüyünüz işdən şübhə etməyə başlıyırsız.

Peşəkar təsir

İş performansınız azalır - Sevilməyən bir rəhbərlə işləmək, işçinin performansına mənfi təsir göstərə bilər. İşçi, rəhbəri qane etməyə çalışarkən daha az yaradıcılıq və təşəbbüs göstərə bilər. 

Komanda ruhunun zədələnməsi baş verir - Rəhbər işçi arasında gərginlik yarada bilər, bu da komanda işini və əməkdaşlığı zəiflədir.

Karyerada inkişaf getmir – Rəhbərliklə münasibətlərin gərgin olması, karyera inkişafına təsir edə bilər. Rəhbərdən müsbət geribildirim almaq çətinləşə bilər. Qarşınıza daha yaxşı iş fürsəti çıxdıqda olduğunuz işdən ayrılmaq istəyə bilərsiz. Bu normaldır. Müsahibəyə getdikdə CV-də daha çox son olduğunuz iş yerinə baxırlar. Əvvəlki iş yerinizdə rəbhər şəxs tərəfindən müsbət geribildirim almadıqda, bu fürsəti əldən verə bilərsiz.

Şəxsi təsir

İş-həyat balansı pozula bilir - Gərgin iş mühiti, şəxsi həyatınıza da mənfi təsir göstərə bilər. İşdə yaşanan stress, evdə də özünü göstərə bilər. İş və şəxsi həyatımızı ayırd edə bilmiriksə, bir çox problemlər yaranır. Çalışmalıyıq ki, özümüzə qarşı xoş olmayan davranışları, deyilən sözləri başqasına qarşı etməyək. Sonda üzr istəmək istəmirsizsə, üzr istənəcək davranışlara yol verməyək.

Komanda ilə münasibətlərdə də problem yaranır - İş mühitindəki gərginlik, işçinin digər iş yoldaşları ilə münasibətlərinə də təsir edə bilər. Rəhbərliklə yaşanan çətinliklər, komanda daxili dinamikaları poza bilər. Sən özünü iş yoldaşlarından uzaqlaşdırdıqca onların hər hərəkəti sözləri sizə təsir edir. Ortaq bir fikirdə olmadığınız şəxslərlə kollektiv iş görmək çətinləşir. 

Nəticə

Sevilməyən bir rəhbərlə işləmək, həm emosional, həm də peşəkar sahədə bir sıra çətinliklər yarada bilər. Bu cür vəziyyətlə başa çıxmaq üçün işçilər, öz hisslərini başa düşmək və müvafiq strategiyalar inkişaf etdirmək üçün çalışmalıdırlar. Rəhbərliklə müsbət münasibətlərin qurulması, iş mühitinin keyfiyyətini artırmaq üçün önəmlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Elon Musk yeni layihəsini açıqladı - Bu altcoin bahalaşdı

Elon Musk yeni layihəsini açıqladı - Bu altcoin bahalaşdı

COP29 dönəmində bəzi şəxslər ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər

Rusiya MN dövlətə lazım olmayan aktivlərin satılmasında israr edir

COP29 müddətində məhdudiyyətlər olmayacaq? - RƏSMİ AÇIQLAMA

“GL Group” Türkiyədə təbii qazın işlənməsi layihəsində 25% pay alıb

Vəzifəli şəxs yol qəzasında həlak oldu

Kapital Bank-dan böyük fürsət: depozitiniz sizə 50 000 AZN qazanmaq şansı yaradır®

“WhatsApp” və digər mesajlaşma proqramları necə pul qazanır?

Aktuallığını itirən peşələr - Universitetlərdə yeni ixtisaslar açıla bilər

Əhalinin benzin xərcləri artır - Hər gün yanacağa 9 milyon manata yaxın pul xərcləyirik

Əhalinin benzin xərcləri artır - Hər gün yanacağa 9 milyon manata yaxın pul xərcləyirik

Mərkəzi Bankın sədri hədəflərini AÇIQLADI

Yerli mütəxəssis “Pepsi Bottlers Azerbaijan”a rəhbər təyin edildi

Sabah bu alternativ yollardan istifadə edin - Siyahı

İşğaldan azad olunmuş ərazilərində azı 20 enerjidoldurma məntəqəsi quraşdırılacaq

23 ilin prorektoru işdən çıxarıldı - Yerinə baş stomatoloq gətirildi

Ləğv ediləcək şirkət yığıncaq keçirir - Qərar dəyişiləcək

Yerli tekstil sənayesi niyə inkişaf etmir? - AÇIQLAMA

Şahdağa qar yağır - FAKTİKİ HAVA

Tikinti materialları bahalaşdı - QİYMƏTLƏR

Neftimiz cüzi ucuzlaşdı

Dünya bazarlarında qızılın qiyməti 2 700 dolları ötüb

"Komendant pulu" mənzilin sahəsinə görə alınmalıdır? (VİDEO)

Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 8,4 min MVt-ı ötüb

Azərbaycanda dağıdıcı zəlzələlər ola bilər? - Rəsmi açıqlama

Noyabrda ardıcıl 6 gün iş olmayacaq

Noyabrda ardıcıl 6 gün iş olmayacaq

Bizdən çox qazanıb hər ay borc istəyənlər - Onlar nədə səhv edirlər?

Lizinq şirkətinin bir payçısı yeni buraxılmış səhmlərə “yaxın durmadı”

Xudafərin körpüsünün işğaldan azad olunmasından dörd il ötür

Rubl bahalaşdı - Məzənnə

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin