Topladığınız ƏDV məbləği ilə nə edirsiniz? - SORĞU
“ƏDV geri al” layihəsi və bonus-endirim kartları ilə bağlı ictimaiyyətin fikrini öyrənmək məqsədilə sorğu keçirilib.
Valyuta.az xəbər verir ki, Media Təhlil Mərkəzi tərəfindən təşkil edilən sorğuda iştirak edən 676 respondentin 44 faizini qadınlar, 56 faizini kişilər təşkil edib.
“Topladığınız ƏDV məbləği ilə nə edirsiniz?” sualına cavab verənlərin 58,3 faizi geri qaytarılan vəsaitlə ödənişlər etdiyini, 24,7 faizi isə topladıqları məbləği kartında saxladığını qeyd edib.
Respondentlərin 5,3 faizi toplanan pulları nağdlaşdırdığını vurğulasa da, 11,7 faizi isə “ƏDV geri al” xidmətindən istifadə etmədiyini bildirib.
“Bonus və endirim kartlarının keçərli olması alış-verişinizə təsir edirmi?” sualına verilən cavabların faiz göstəricisi isə bir-birinə yaxın olub. Respondentlərin 51,2 faizi bonus və endirim kartlarının o qədər də əhəmiyyət kəsb etmədiyini, kartları olmayan mağazalardan da alış-veriş etdiklərini söyləyiblər.
Sorğu iştirakçılarının 48,8 faizini bonus kartlarının keçərli olduğu mağazalara üstünlük verənlər təşkil edib.
Sorğunun nəticələri göstərir ki, respondentlər bonus və endirim kartlarından daha çox ərzaq alış-verişlərində istifadə edirlər. Bu sıralamada ikinci yeri geyim və ayaqqabı, üçüncü yeri texnika və məişət avadanlıqları tutur. Parfümeriya məhsullarının alışında isə bonus və endirim kartlarından daha az istifadə olunur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay