Büdcə
14.12.2024 / 13:42
Naxçıvan MR büdcəsinə nəzərdə tutulan dotasiyanın həcmi azaldılıb
61432
Gələn ilin dövlət büdcəsində Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilməsi nəzərdə tutulan dotasiyanın həcmi dəyişib.
"APA"nın xəbərinə görə, Milli Məclisin birinci və ikinci oxunuşda qəbul etdiyi “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, dövlət büdcəsində Naxçıvan Muxtar Respublikasının büdcəsinə 320 milyon 529 min manat dotasiya (transfertin yuxarı həddi) nəzərdə tutulmuşdu.
Üçüncü oxunuşda parlamentə təqdim edilən layihəyə əsasən, bu məqsədlə 285 milyon 713 min manat ayrılacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay