BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
58410

Dövlət büdcəsi Azərbaycan Respublikasının əsas maliyyə sənədidir. Bu sənəd özündə dövlət xərcləri və onların ödənilməsi mənbələri üzrə illik maliyyə planını əks etdirir.

Valyuta.az xəbər verir ki, dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. Büdcə həm də ölkənin iqtisadi-sosial inkişaf proseslərini tənzimləmək alətidir. Dövlət büdcəsi öz təşkilati strukturuna görə Respublika dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsindən və yerli (bələdiyyə, şəhər, rayon) büdcəsindən ibarətdir. Həmin büdcələr öz hüquqlarına, maliyyələşmə mənbələrinə və istifadə mexanizmlərinə görə bir-birindən əsaslı surətdə fərqlənirlər. Göstərilən büdcələr birlikdə büdcə sistemi adlanır.

Dövlət büdcəsi gəlirlərinin təsnifatı 

Dövlət büdcəsi gəlirlərinin təsnifatı büdcə gəlirlərinin yaranma mənbələrinə görə qruplaşdırılmasıdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hazırladığı Azərbaycan Respublikası dövlət büdcəsinin gəlirlərinin təsnifatına əsasən, dövlət büdcəsinin ümumi gəlirləri 4 bölmədə və 18 köməkçi bölmədə qruplaşdırılır, köməkçi bölmələr isə, öz növbəsində, paraqraflara ayrılır.

Dövlət büdcəsi gəlirlərinin qruplaşdırıldığı bölmələr və köməkçi bölmələr aşağıdakılardır: 

I. Vergilərdən daxilolmalar 
1. Gəlirlərdən (mənfəətdən) vergilər 
1.1. Əhalidən tutulan gəlir vergisi 
1.2. Mənfəətdən (gəlirlərdən) vergi 
1.3. Əmtəə-material dəyərlərinin yenidən qiymətləndirilməsindən daxilolmalar 
2. Məcburi dövlət sosial sığorta haqları 
3. Əməkhaqqı fonduna və işçi qüvvəsinə vergilər (ehtiyat) 4. Mülkiyyətdən vergilər 
4.1.Torpaq vergisi 
4.2. Əmlak vergisi 
4.3. Hədiyyələrdən və vərəsə qalan əmlakdan vergi 
4.4. Qiymətli kağızlarla əməliyyatlardan vergi 
5. Mal və xidmətlərdən alınan daxili vergilər 
5.1. Əlavə dəyər vergisi 
5.2. Aksiz vergisi 
5.3. Malların istifadəsinə, yaxud istifadə hüququ verilməsinə vergilər 
5.4. Hər hansı bir fəaliyyətlə məşğul olmaq üçün vergilər 5.5. Mədən vergisi 
6. Xarici iqtisadi fəaliyyətlə bağlı vergilər (gəlirlər) II. Vergi olmayan gəlirlər 
7. Mülkiyyətdən və sahibkarlıq fəaliyyətindən gəlirlər 
7.1. Büdcə təşkilatlarının xüsusi vəsaitlərinin daxilolması 7.2. Maliyyə və qeyri-maliyyə müəssisə və idarələrindən vergi olmayan daxilolmalar 
7.3. Xarici dövlətlərdən mülkiyyətlə bağlı gəlirlər 
7.4. Xarici qeyri-dövlət strukturlarından mülkiyyətlə bağlı gəlirlər
 7.5. Daxili xüsusi sektordan daxil olan mülkiyyətlə bağlı gəlirlər 
7.6. Mülkiyyətdən daxil olan sair gəlirlər 
8. İnzibati tədiyələr və rüsumlar 
9. Cərimə və sanksiyalar üzrə daxilolmalar 
10. Dövlət idarəçiliyi daxilində dövlət qulluqçularının sosial təminat və təqaüd fondlarına ayırmalar (ehtiyat) 
11. Vergi olmayan sair daxilolmalar 
III. Əsaslı gəlirlər 
12. Əsaslı vəsaitlərin özəlləşdirilməsi 
13. Dövlətin maddi ehtiyatlarının satışından daxilolmalar 14. Torpağın və qeyri-maddi aktivlərin satışından daxilolmalar 
15. Qeyri-rəsmi mənbələrdən əsaslı ödənişlər (transferlər) IV. Rəsmi qaydada alınan vəsaitlər (transferlər) 
16. Xaricdən alınan vəsaitlər 
17. Digər səviyyəli büdcələrdən alınan vəsaitlər 

Qeyd etmək lazımdır ki, 1-ci (vergilərdən daxilolmalar) və 2-ci (vergi olmayan gəlirlər) bölmələrin cəmi büdcənin cari gəlirlərini əmələ gətirir. Cari gəlirlərə 3-cü (əsaslı gəlirlər) və 4-cü (rəsmi qaydada alınan vəsaitlər) bölmələr üzrə gəlirlər əlavə edildikdə büdcənin ümumi gəlirləri alınır. 

Dövlət büdcəsinə borclar 

Vergi orqanları ilə hüquqi şəxslər arasında təsdiq edilmiş üzləşmə aktlarına görə dövlət büdcəsinə ödənilməli olan, lakin ödənilməmiş vergilər, qeyrivergi ödənişiəri üzrə borclar və vergi qanunvericiliyinin pozulmasına görə vergi orqanları tərəfindən hesablanmış peniya və maliyyə sanksiyalarıdır. 

Dövlət büdcəsinin gəlirləri

Büdcə gəlirləri büdcə və vergi sisteminə uyğun olaraq əsasən mülkiyyət növlərindən, təsərrüfatçılığın təşkilati-hüquqi formalarından asılı olmayaraq vergi ödəmələri bazasında formalaşır və özündə müəssisələrin, təşkilatların və əhalinin büdcəyə ödəmələrini birləşdirir. Büdcə gəlirləri vergi və oxşar ödəmələri, qeyri-vergi ödəmələrini (material ehtiyatlarının satışından və özəlləşdirmədən daxilolmaları) və “Ümumi dövlət idarəetmə” sektorunun digər səviyyələrinin institusional vahidlərindən və beynəlxalq təşkilatlardan alınmış qrantları əhatə edir. 

Dövlət gəlirləri

 Milli gəlirin bölgüsü və yenidənbölgüsü prosesi nəticəsində dövlətə daxil olan pul, yaxud material resursları. Dövlət bunlardan öz daxili və xarici funksiyalarını həyata keçirmək məqsədi üçün istifadə edir. Dövlət gəlirlərinin məzmunu, yaranma və istifadə edilməsi prinsipləri bilavasitə istehsal üsulu və hakim istehsal münasibətləri ilə müəyyən edilir.

Dövlət büdcəsinin xərcləri 

Dövlət idarəetmə səviyyələrinə uyğun olan məlumatları və yerli büdcələr haqqında məlumatları əhatə edir və dövlətin fəaliyyətinin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş vəsaiti əks etdirir. İctimai təyinatına görə büdcə xərclərinin strukturu dörd qrupa bölünür: iqtisadiyyat sahələri, sosialmədəni tədbirlər, müdafiə, idarəetmə. Xərclərə, həmçinin, borc kimi verilən istiqrazlar (qaytarılmış kreditləri çıxmaqla) və dövlət tərəfindən iqtisadiyyatın digər bölmələrinə verilən ssudanın digər növləri də daxil edilir. Dövlət xərcləri büdcədən həyata keçirilən bütün xərclərdir. Lakin bəzi hallarda bu termini büdcə vəsaitlərinin bilavasitə dövləti funksiyaların - dövlət idarəetməsinin və milli müdafiənin təşkili, hüquq-mühafizə və məhkəmə xidmətlərinin təmin edilməsi və s. məsələlərin icrasının maliyyələşdirilməsinə yönəldilmiş hissəsini fərqləndirmək üçün istifadə edirlər. 

Dövlət büdcəsi kəsiri

Büdcənin xərcləri gəlirlərindən çox olduğu halda baş verir. 

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

"Samsung"a 118 miyon dollarlıq cərimə kəsildi - Səbəb yenə "Netlist"

"Gazprombank" "UnionPay" kartlarının verilişini dayandırdı - Artıq 8 ölkədə işləmir

"Gazprombank" "UnionPay" kartlarının verilişini dayandırdı - Artıq 8 ölkədə işləmir

"Transkontrol"a protokol yazıldı

Naxçıvan MR Dövlət Energetika Agentliyi ləğv olunub - Prezident Fərman imzaladı

“Expressbank”ın rəhbərliyinə təyinat olub

“Expressbank”ın rəhbərliyinə təyinat olub

Yeni biznes üçün loqo necə hazırlanır?

Azərbaycan ət idxalını 40 %-ə yaxın artırıb

Gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 5 %-ə yaxın artıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin