BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.7803
  • RUB
    1.6785
  • TRY
    0.0492
  • GBP
    2.139
58147

“Qızıl alışının davam etdirilməsi, portfeldə payının artırılması Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) diqqətindədir”.

Bunu, qızıl alışının artırılması məsələsini ARDNF-in İcraçı direktorunun müavini Bəhruz Bəhramov deyib.

O bildirib ki, cari ilin ilk doqquz ayında ARDNF-nin investisiya portfelinin həcmi ilin əvvəli ilə müqayisədə 10% artaraq 61 milyard 697,6 milyon ABŞ dollarına çatıb. Bu artımda da əsas töhfəni idarəetmədən əldə edilən gəlirlər təşkil edib. Bununla yanaşı, ötən il ərzində də idarəetmədən əldə edilən gəlirlər ARDNF-nin aktivlərinin artmasında böyük paya sahib olub və 2023-cü il investisiya gəlirliliyi 7,1% olmaqla yaranma tarixindən ən yüksək gəlirlilik göstəricisi ilə səciyyələnib.

Bununla belə, dünyada mövcud qeyri-müəyyənliklər və baş verən geosiyasi proseslər maliyyə bazarlarına təsirsiz ötüşmür. Bu kontekstdə ARDNF investisiya strategiyasında əvvəlcədən müəyyən olunmuş hədəflərə uyğun olaraq qızıla olan investisiyalarını artırır.

O bildirib ki, Fond 2012-ci ildən qızıla investisiyalara başlayıb. Hazırki bazar konyukturası və baş verən cari proseslər bu qərarın düzgün olduğunu bir daha vurğulayır: “Əvvəldə qeyd etdiyim kimi, hazırda geosiyasi proseslər maliyyə bazarlarına təsir edən başlıca amillərdən biridir. Bu səbəbdən yalnız coğrafiyalar üzrə deyil, aktivlər, valyutalar üzrə də neytral aktivlərə investisiya etmək zərurəti meydana gəlmişdir. ARDNF də digər investorlar kimi bu məntiqlə qızıla investisiyalarını davam etdirir. Ümumiyyətlə, Dövlət Neft Fondu investisiya siyasətini maliyyə bazarlarının tələbinə uyğun formada qurmağa çalışır, həm likvidliyi, həm də gəlirliliyi yüksək olan kotirovka olunan səhmlərə, istiqrazlara, eləcə də daşınmaz əmlaka investisiyalar edir”.

Bəhruz Bəhramov deyib ki, qızıl inflyasiya ilə birlikdə artan aktiv növü hesab olunur: “Açığı yaxın gələcəklə də bağlı bildirmək istərdik ki, dünyada baş verən proseslər fonunda müəyyən müddətdə qızılın qiymətində dəyişkənliklərin müşahidə oluna bilinməsinə baxmayaraq, bu istiqamətdə ümumi gözləntilərimiz pozitivdir. Bu bizim strategiyaya, qızılın payına, alışların həcminə təsir göstərəcəkdir. Bu çərçivədə onu da əlavə edək ki, son illərdə ARDNF-nin investisiya portfelində qızılın həcminin artması yalnız alışlar hesabına deyil, həm də qızılın qiymətinin yüksəlməsi hesabına baş verib”.

Direktor müavini hesab edir ki, hazırda dünyada gedən proseslər qızılı investorlar üçün aktual yatırım vasitəsi kimi saxlayacaqdır. Amma qiymətin hansı səviyyəyə qədər yüksələyəciyini demək çətindir.

Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu bu ilin ilk doqquz ayında 25,2 ton qızıl alışı həyata keçirib. Belə ki, 1 oktyabr 2024-cü il tarixinə Fondun qızıl ehtiyatı 127 tona qədər yüksəlib ki, bu da ümumi portfelin 17,7%-ni təşkil edir.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

"Samsung"a 118 miyon dollarlıq cərimə kəsildi - Səbəb yenə "Netlist"

"Gazprombank" "UnionPay" kartlarının verilişini dayandırdı - Artıq 8 ölkədə işləmir

"Gazprombank" "UnionPay" kartlarının verilişini dayandırdı - Artıq 8 ölkədə işləmir

"Transkontrol"a protokol yazıldı

Naxçıvan MR Dövlət Energetika Agentliyi ləğv olunub - Prezident Fərman imzaladı

“Expressbank”ın rəhbərliyinə təyinat olub

“Expressbank”ın rəhbərliyinə təyinat olub

Yeni biznes üçün loqo necə hazırlanır?

Azərbaycan ət idxalını 40 %-ə yaxın artırıb

Gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 5 %-ə yaxın artıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin