Dövlət Neft Fondunun valyuta satışını azaltdı
Dövlət Neft Fondu valyuta satışı ilə bağlı məlumat yayıb.
Valyuta.az xəbər verir ki, Fond tərəfindən 2024-cü ilin sentyabr ayı ərzində 732,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Dövlət Neft Fondu tərəfindən 2024-cü ilin avqust ayı ərzində 763 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı. Beləliklə, Fondun sentyabr ayında valyuta satışı avqust ayı ilə müqayisədə 30,7 milyon ABŞ Dolları və ya 4 % azalıb.
Dövlət Neft Fondu tərəfindən 2024-cü ilin yanvar ayı ərzində 417 milyon ABŞ dolları məbləğində, fevral ayı ərzində 920,5 milyon ABŞ dolları məbləğində, mart ayı ərzində 498,3 milyon ABŞ dolları məbləğində, aprel ayı ərzində isə 623,4 milyon ABŞ dolları məbləğində, may ayı ərzində 558,6 milyon ABŞ dolları, iyun ayı ərzində 405,6 milyon ABŞ dolları, avqust ayında 763 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay