BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
55787

2024-cü il 1 iyul tarixinə beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş istiqrazlar, habelə əməkdaşlıq etdiyimiz müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində faktiki istifadə olunmuş hissə üzrə yerinə yetirilmiş öhdəliklər nəzərə alınmaqla xarici dövlət borcu 5.361,3 milyon ABŞ dolları və ya 2024-cü il üzrə 121.342,5 milyon manat məbləğində proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 7,5 faizini təşkil edib.

Valyuta.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilib.

2024-cü ilin 1 iyul tarixinə xarici dövlət borcu ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 1.099,9 milyon ABŞ dolları və ya 17,0 faiz azalıb. Bunun da əsas səbəbi imzalanmış kredit sazişləri çərçivəsində 2024-cü ilin ilk 6 ayı ərzində 58,0 milyon ABŞ dolları məbləğində vəsaitin istifadə olunması müqabilində xarici dövlət borcu üzrə vaxtı çatmış 1.119,3 milyon ABŞ dolları məbləğində əsas borc ödənişlərinin, o cümlədən beynəlxalq maliyyə bazarlarında 2014-cü ildə yerləşdirilmiş istiqrazlar üzrə 900,0 milyon ABŞ dolları məbləğində ödənişlərin həyata keçirilməsi olub.

2024-cü ilin 1 iyul tarixinə xarici dövlət borcunun ÜDM-ə nisbəti ilin əvvəli ilə müqayisədə 1,4 faiz bəndi azalıb.

2024-cü il 1 iyul tarixinə xarici dövlət borcunun valyuta tərkibi aşağıdakı kimi olub:
XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 3,6 faiz, valyutalar üzrə isə ABŞ dolları– 86,8 faiz, avro – 6,0 faiz, yapon yeni – 3,0 faiz, digər valyutalar – 0,6 faiz.

Qeyd olunan tarixə, dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 48,9 faizini, sabit dərəcə ilə olanlar isə 51,1 faizini təşkil edib.

Xarici dövlət borcunun 42,1 faizi 5 ilə qədər olan müddətdə, 49,2 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 8,7 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

2024-cü il 1 iyul tarixinə daxili dövlət borcu 16.571,9 milyon manat və ya ÜDM-in 13,7 faizini təşkil edib.

2024-cü il I yarım ili ərzində daxili dövlət borcu 705,5 milyon manat artıb. Daxili dövlət borcunun artmasının əsas səbəbi dövlət borcunun idarə edilməsi strategiyasına uyğun olaraq ölkədəki qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, habelə xarici dövlət borcunun ümumi dövlət borcundakı xüsusi çəkisinin mərhələli şəkildə azaldılması və daxili borcla əvəzləşdirilməsi məqsədilə dövriyyədə olan dövlət istiqrazlarının həcminin artması olub.

1 iyul 2024-cü il tarixinə daxili dövlət borcunun 7.280,7 milyon manatını dövlət qiymətli kağızları üzrə qalıq borc, 9.291,2 milyon manatını isə “Aqrarkredit” QSC-nin Mərkəzi Bank qarşısında dövlət zəmanətli borcu üzrə hökumətin üzərinə götürdüyü öhdəliklər təşkil edir. Daxili maliyyə bazarında yerləşdirilmiş dövlət qiymətli kağızlarının 19,5 faizi 1 illik, 67,0 faizi 2 və 3 illik, 13,5 faizi isə 5 il və daha artıq müddətli dövlət qiymətli kağızlarının payına düşür.

Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili dövlət borcu) ümumi məbləği 2024-cü il 1 iyul tarixinə 25.686,1 milyon manat və ya ÜDM-in 21,2 faizini təşkil edib. İlin əvvəli ilə müqayisədə 2024-cü il 1 iyul tarixinə ümumi dövlət borcunun səviyyəsi mütləq ifadədə 1.164,3 milyon manat və ya 4,3 faiz, ümumi dövlət borcunun ÜDM-ə nisbəti isə 0,6 faiz bəndi azalıb.

Məcmu dövlət borcunun 9.114,2 milyon manatı (5.361,3 milyon ABŞ dolları) və ya 35,5 faizi xarici dövlət borcunun, 16.571,9 milyon manatı və ya 64,5 faizi daxili dövlət borcunun payına düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

"Samsung"a 118 miyon dollarlıq cərimə kəsildi - Səbəb yenə "Netlist"

"Gazprombank" "UnionPay" kartlarının verilişini dayandırdı - Artıq 8 ölkədə işləmir

"Gazprombank" "UnionPay" kartlarının verilişini dayandırdı - Artıq 8 ölkədə işləmir

"Transkontrol"a protokol yazıldı

Naxçıvan MR Dövlət Energetika Agentliyi ləğv olunub - Prezident Fərman imzaladı

“Expressbank”ın rəhbərliyinə təyinat olub

“Expressbank”ın rəhbərliyinə təyinat olub

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin