Büdcə
18.07.2024 / 17:48
ARDNF “Goldman Sachs”a investisiya yatırmağa başlayıb
52019
Bu ilin yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) kredit reytinqi “AAA” olan pul bazarı fondlarına yatırdığı investisiyaların ümumi məbləği 1 milyard 981,404 milyon manat təşkil edib.
Valyuta.az xəbər verir ki, bu barədə Fondun maliyyə hesabatında bildirilib.
Sənədə əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 65,8 % çoxdur.
Ötən il ARDNF qeyd olunan fondlardan daha birinə - “Goldman Sachs”a 913,364 milyon manat investisiya yatırıb. Digər fonda - "BlackRock ICS Sterling Liquidity"yə investisiyalar isə 10,7 % azalaraq 1 milyard 68,04 milyon manat olub.
© Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay