Büdcə
03.06.2024 / 12:46
Büdcə vəsaitinin istifadəsi ilə bağlı yeni təklif
49354
Azərbaycanda büdcə vəsaitinin dövlət qiymətli kağızlarına yönəldilməsinin qarşısının alınması ilə bağlı müvafiq iş aparılır.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Maliyyə Nazirliyindən bildirilib. Qeyd edilib ki, bununla bağlı təkliflər hazırlanır və nəticə barədə məlumat veriləcək.
Xatırladaq ki, mayın 23-də maliyyə naziri Samir Şərifov Milli Məclisdə "2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, Azərbaycanda dövlət büdcəsindən ayrılan vəsaitin hesablarda qalmasına birmənalı yanaşmaq olmaz. Onun sözlərinə görə, dövlətə məxsus publik hüquqi şəxslərin və ya fondların büdcədən vəsaiti alıb, onu dövlət qiymətli kağızlarına yönəltməsi düzgün hesab oluna bilməz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay