Büdcə
27.05.2024 / 16:35
Gömrükdən büdcəyə nə qədər məbləğ daxil olub?
48920
Bu ilin aprel ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 510 milyon 107,3 min manat həcmində vergi və rüsumlar daxil olub.
Valyuta.az Yeniavaz-a istinadən cəbər verir ki, Komitənin açıqladığı göstəricilərində bildirilir ki, bu göstərici 2023-cu ilin eyni dövrü ilə müqayisədə 1,7% və ya 8 milyon 395,9 min manat artıb.
Aprel ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi 352 milyon 931,7 min manat təşkil edib. Ay ərzində dövlət büdcəsinə 139 milyon 26,5 min manat ƏDV üzrə daxilolma olub.
Apreldə aksizlər üzrə büdcə daxilolmaları 14 milyon 9121,4 min manat olub. Yol vergisi üzrə daxilolmalar isə ötən ay 3 milyon 236,7 min manat olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay