Büdcə
01.12.2023 / 11:51
Elm və Təhsil Nazirliyinin aparatının saxlanılmasına çəkilən xərclər azaldılır
37665
2024-cü ilin dövlət büdcəsindən Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə, eləcə də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə də vəsait ayrılacaq.
Valyuta.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - 2024-cü ilin büdcə zərfinin üçüncü oxunuşda müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, bunun üçün büdcədən nazirliyin aparatının saxlanılmasına çəkilən xərclər 15 milyon manat azaldılacaq və yeni yaradılmış dövlət agentliklərinə yönəldiləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay