Vüqar Gülməmmədov: Naxçıvan MR-in 2022-ci ilin büdcəsinə dair hesabat göstəriciləri doğru deyil
Naxçıvan Muxtar Respublikasının 2022-ci ilin büdcəsinə dair hesabat göstəriciləri doğru deyil.
Valyuta.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.
Vüqar Gülməmmədov qeyd edib ki, 2023-cü ildə nəzarət tədbirləri portfellərinin təxminən 15%-i Naxçıvan Muxtar Respublikası ilə bağlı olub: “Nəticələri ümumiləşdirsək deyə bilərik ki, Muxtar Respublikanın 2022-ci ilin büdcəsinə dair hesabat göstəriciləri doğru deyil. Doğru olmayan yalnız ümumi rəqəmlər deyil, eyni zamanda, struktur və ayrı-ayrı göstəricilərdə də təhriflər kifayət qədərdir. Yol verilmiş nöqsanlar maliyyə idarəetməsinə məsul şəxslərin məsuliyyətini tam dərk etməməsi, eləcə də bu sahə üzrə kifayət qədər bacarıq və biliklərə malik olmaması ilə əlaqəlidir. Nəticələrə dair geniş məlumat Fəaliyyət Hesabatımızda əks olunacaq”.
© APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay