“On milyonluq əhali üçün 34 milyardlıq büdcə olduqca kiçikdir”
“On milyon əhalisi olan ölkə üçün 34 milyardlıq büdcə olduqca kiçikdir. Onun da 12 milyard 781 milyon Dövlət Neft Fondundan transfert olub”.
Valyuta.az xəbər verir ki, bu fikirləri deputat Qüdrət Həsənquliyev parlamentin plenar iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.
Deputat qeyd edib ki, sanki durğunluq dövrünə qədəm qoymuşuq: “Dövlət Neft Fondundan olan transfertləri çıxsaq, büdcə 2022-ci illə müqayisədə 6 %, 2023-cü illə müqayisədə 3,4 % azdır. İqtisadiyyatımızın neft gəlirlərindən asılılığına son qoymaq üçün islahatlar lazımdır. Biz büdcədən xərclərlə bağlı təkliflər veririk, amma əhali sayı bizimlə eyni olan Avropa ölkələri var ki, büdcəsi bizdən 3 dəfə çoxdur. Təklif vermirik ki, necə edək bizim də büdcəmiz belə olsun”.
Q.Həsənquliyev vurğulayıb ki, sabit vergi məcəlləsi olmalıdır: “Son 3 ildə məcəlləyə nə qədər dəyişiklik etmişik, sayı-hesabı yoxdur. Sahibkar azı 5 il müddətində gəlirini-çıxarını hesablaya bilməlidir. Qanunları tez –tez dəyişməklə uğura imza atmaq lazımdır. Bundan əlavə, xarici investorlar ölkəyə gəlməkdən qorxmamalıdır. BŞİH-nin sədrinin səsləndirdiyi rəqəmlərə baxsaq, paytaxtda 1000-ə yaxın qəzalı bina var. Amma sahibkarlar bina tikmək üçün yer tapa bilmədiyi üçün xaricə üz tuturlar. Eldar Əzizov demişdi ki, yeni binaların tikilməsinə qəzalı binalardan başlamalıyıq, lakin real həyatda başqa mənzərə ilə qarşılaşırıq”.
© Qafqazinfo
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay