Büdcə
04.11.2023 / 12:29
Nazir müavini: Bəzi hallarda büdcədən ayrılan vəsaitin tam istifadəsi mümkün olmur
35949
Satınalma müddətində ləngimələr büdcədən maliyyələşən bütün qurumları narahat edir.
Valyuta.az xəbər verir ki, bunu Elm və təhsil nazirinin müavini İdris İsayev deyib.
O bildirib ki, adətən satınalma prosesində ləngimələr səbəbindən dövlət büdcəsindən ayrılan vəsaitin tam istifadəsi mümkün olmur. Əgər mümkün olursa da daha çox ilin sonuncu rübündə baş verir.
"Yeni qanunvericilikdə proses bir qədər də təkmilləşdirilib. Yəni, satınalma təşkilatı hər il oktyabr ayının 25-dən 5 gün ərzində təkliflərin açılmasına qədər olan prosesi həyata keçirmək imkanı əldə edəcək" - İdris İsayev əlavə edib.
© APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay