Azər Bayramov: "Büdcə təşkilatlarına təqdim edilən təlimatlarda DİM-lərlə bağlı sorğular göndərilib"
Azərbaycanın 2022-2026-cı illərdə sosial iqtisadi inkişaf Strategiyasının Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) uyğunlaşdırılaraq inteqrasiya edilib.
Valyuta.az xəbər verir ki, bunu maliyyə nazirinin müavini Azər Bayramov "2023-cü il Qlobal Dayanıqlı İnkişaf Məqsədləri Sammitinin Nəticələri və DİM-lərin həyata keçirilməsində Ali Audit Qurumlarının rolu" mövzusunda 3-cü DİM Dialoqunda deyib.
O qeyd edib ki, Azərbaycanda DİM-lərə nail olmaq istiqamətində bir çox mühüm addımlar atılıb:
"O cümlədən, ölkə üzrə dövlət proqram və strategiyalarının bu prinsiplərə uyğunlaşdırılması istiqamətində işlər görülüb. Maliyyə Nazirliyi tərəfindən DİM-lər üzrə əsaslı, əhatəli və informativ işarələnmə həyata keçirilməsi istiqamətində bir sıra zəruri addımlar atılıb. Xüsusən də ortamüddətli xərclər çərçivəsi ilə bağlı büdcə təşkilatlarına təqdim edilən təlimatlarda artıq DİM-lərlə bağlı göstərişlərin əks etdirilməsi üzrə sorğular göndərilib. Bu istiqamətdə işlər davam etdirilir".
© Report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay