Bu ilin sonuna Azərbaycanın xarici dövlət borcunun nə qədər olacağı açıqlandı
2024-cü ilin sonuna Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 27 milyard 678,0 milyon manat səviyyəsində olacağı gözlənilir və 118 milyard 383,3 milyon manat məbləğində proqnozlaşdırılan ÜDM-nin 23,4 faizini təşkil edəcək.
Valyuta.az xəbər verir ki, Maliyyə Nazirliyinin "2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"nə hesabatında bildirilib ki, həmin dövrdə xarici dövlət borcun 8 milyard 898,7 milyon manat (5 milyard 234,5 milyon ABŞ dolları) və ya ÜDM-nin 7,5 faizi həcmində, daxili dövlət borcun isə 2024-cü ilin sonuna 18 milyard 779,4 milyon manat və ya ÜDM-nin 15,9 faizi həcmində olacağı gözlənilir.
Qeyd edək ki, bu ilin sonuna Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 26 milyard 803,6 milyon manat səviyyəsində olacağı gözlənilir və 119 milyard 650,0 milyon manat məbləğində proqnozlaşdırılan ÜDM-nin 22,4 faizini təşkil edəcək. Həmin dövrdə xarici dövlət borcu 10 milyard 848,2 milyon manat (6 milyard 381,3 milyon ABŞ dolları) və ya ÜDM-nin 9,1 faizi həcmində, daxili dövlət borcu isə 15 milyard 955,4 milyon manat və ya ÜDM-nin 13,3 faizi həcmində olacağı proqnozlaşdırılır.
Beləliklə, ümumilikdə yeni çağırışlarla əlaqədar yaranan əlavə maliyyə tələbatının təmin edilməsi üçün icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisinin hədəflənən yuxarı həddinin 2024-cü ilin sonuna 24,0 faiz müəyyən edilməsi, ortamüddətli dövrün sonuna (2027-ci il) 17,5 faiz, dövlət borcunun ÜDM-ə nisbət göstəricisi üzrə isə 2027-ci ilin sonuna hədəflənən yuxarı həddin 30,0 faiz səviyyəsində olması təklif olunur.
© Azərtac
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay