Büdcə
19.10.2023 / 11:15
Azərbaycanda orta illik inflyasiyanın 2027-ci ildə 4,2%-ə qədər enəcəyi gözlənilir
34831
Azərbaycanda 2023-cü ildə orta illik inflyasiya 9,5 % səviyyəsində olacağı proqnozlaşdırılır.
Valyuta.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin "2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilib.
İqtisadiyyat Nazirliyinin baza ssenarisinə əsasən, 2024-cü ildə bu göstərici 5,3 % səviyyəsində gözlənilir.
"Proqnozlaşdırılan orta illik inflyasiyanın azalan templə 2027-ci ildə 4,2 %-ə qədər enəcəyi gözlənilir", - Maliyyə Nazirliyi qeyd edir.
İllik inflyasiyanın 4±2 % intervalında qorunması hədəflənir.
Məlumata görə, inflyasiya mühitinin tənzimlənməsi ilə bağlı atılan addımlar iqtisadi fəallığın artması ilə yanaşı əhalinin sosial rifahına da müsbət təsir edəcək.
© Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay