Palata: Büdcə xərclərinin 400 mln. manatı vahid büdcə təsnifatına uyğun olmayıb
Ötən il gəlir və xərclərin bəzi istiqamətlər üzrə uçotu vahid büdcə təsnifatına (VBT) uyğun olmamış, Hesablama Palatası bu uyğunsuzluqların təqribən 400 mln. manatını mahiyyətcə əhəmiyyətli hesab edib.
APA xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi"ndə əksini tapıb.
Qeyd edək ki, Hesablama Palatası tərəfindən aparılan təhlillər (analitik araşdırma) və 2022-ci ili əhatə edən kənar dövlət maliyyə nəzarəti tədbirləri 2022-ci ilin dövlət büdcəsində bəzi xərclərin VBT-yə uyğun nəzərdə tutulması və icrası ilə bağlı uyğunsuzluqların mövcud olduğunu göstərir. Belə ki, bəzi hallarda xərclər vahid büdcə təsnifatı ilə müəyyən edilən funksional, inzibati və iqtisadi təsnifatın müvafiq istiqamətlərində (müvafiq təsnifatın bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddəsində) nəzərdə tutulmaq və icra edilmək əvəzinə, digər istiqamətlərdə nəzərdə tutulur və icra edilir ki, bu, dövlət büdcəsində məlumatların düzgün əks olunmamasına şərait yaradır. Bu uyğunsuzluqlar bəzi hallarda Qanun layihəsində və illik hesabatda əks etdirilən göstəricilərə də təsir göstərir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay