Büdcə
17.04.2023 / 18:55
İcmal büdcənin profisiti 8 mlrd. manatı ötüb
27904
2023-cü ilin 1-ci rübündə icmal büdcənin gəlirləri 15557,7 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7597,4 milyon manat və ya 95,4 faiz çoxdur.
Valyuta.az xəbər verir ki, bu barədə Azərbaycan Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, icmal büdcənin xərcləri isə 7487,9 milyon manat icra olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1178,8 milyon manat və ya 18,7 faiz çoxdur. İcmal büdcədə 8069,8 milyon manat büdcə artıqlığı (profisit) yaranıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay