“Nazir, nazir müavinlərinin büdcəni dağıtması nəzarətin təkmil olmadığını göstərir”
“Son dövrlər nazir, nazir müavinləri, icra başçılarının həbs olunması, onların büdcənin dağıdılmasına nail olmaları göstərir ki, nəzarət mexanizmi təkmil deyil”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.
“Ona görə də müvafiq orqanlar, bizim hər birimiz nəzarət mexanizmini gücləndirməliyik”, - deyə Tahir Rzayev qeyd edib.
O vurğulayıb ki, çay, qənd və digər ərzaq məhsulları ilə yanaşı, kənd təsərrüfatı məhsullarının qiyməti də gündən-günə artır: “İnhisarçılıq özünü göstərir. Sahibkar bazara məhsulunu çıxara bilmir. Regionda kənd təsərrüfatı məhsullarının qiyməti çox aşağıdır. Ancaq paytaxtda qiymətlər 5-6 dəfə bahadır”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay