Büdcə
31.05.2022 / 11:30
Dövlət büdcəsinə 60,8 milyon manat bərpa edilib
22173
“Keçən il dövlət maliyyə nəzarəti tədbirləri və hüquq mühafizə orqanları tərəfindən aparılmış yoxlamalar nəticəsində 60,8 milyon manat vəsait dövlət büdcəsinə bərpa edilib”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
Tahir Mirkişili bildirib ki, hesabat ilində özəlləşmədən daxilolmalar ötən illə müqayisədə 83, 4 % artıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay