Dövlət büdcəsinə yenidən baxıla bilər
2022-ci ildə neft qiymətlərində yüksəlişin davam etməsi, həmçinin digər əmtəələrin də bahalaşması Azərbaycanın dövlət büdcəsinin və Dövlət Neft Fondunun (Fond) gəlirlər hissəsinə yenidən baxılmasını tələb edir.
2022-ci ilin dövlət büdcəsinin və Fondun gəlirləri proqnozlaşdırılan zaman Azərbaycanın ixrac edəcəyi neftin ortaillik qiyməti 50 dollardan hesablanıb. Bu hesabla Dövlət Neft Fondunun gəlirləri 10,59 milyard manat (6,23 milyard dollar), dövlət büdcəsinin neft sektorundan vergi gəlirləri 1,98 milyard manat olacaq.
Bundan başqa dövlət büdcəsinin vergi və gömrük gəlirləri hesablanan zaman ortaillik inflyasiyanın 6-7 faiz olacağı proqnozlaşdırılırdı.
Lakin 2022-ci ilin ilk 2 ayının faktiki vəziyyəti, eyni zamanda dünyanın tanınmış maliyyə qurumlarının təxminləri göstərir ki, bu il neftin qiyməti ən azı orta hesabla 80-90 dollar səviyyəsində olacaq, əmtəə qiymətlərində artım isə 6-7 faizi ötəcək.
Gözlənilən qiymətlər ondan xəbər verir ki, 2022-ci ildə həm Fondun, həm də dövlət büdcəsinin gəlirləri (gömrük və vergi) xeyli artacaq.
Bu şərtlər daxilində dövlət büdcəsinə yenidən baxılması zəruridir. Dövlət büdcəsinə yenidən baxmaqla gəlirlər daha düzgün proqnozlaşdırılmaqla bərabər, xərclərin həcmi də nəzərdən keçirilə bilər.//sfera.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay