BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
63562

İlk dövrlərdə, cəmi 40-50 manatla işə başlayır, daha sonra Azərbaycanın ilk kulinariya və qənnadçılıq məktəbini təsis edir. 10 il iş təcrübəsi qazandıqdan sonra qərara gəlir ki, bu sahəyə daha dərin yanaşmalıdır. İşinin haqqını vermək üçün sahə üzrə həm ölkə daxilində, həm də xaricdə təhsil alır. Söhbət 2024-cü ilin “Gənc sahibkar”ı seçilən, “Cake Baku” istehsalat mərkəzi və “Cake School” akademiyasının təsisçisi Emilya İsmayılovadan gedir.

Valyuta.az Emilya İsmayılova ilə biznes yolu ilə bağlı söhbətləşib.

​Qeyd edək ki, ötən ilin sonunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi 15 biznes subyektinə “Dayaq” mükafatı təqdim etdi. Emilya İsmayılova “Gənc Sahibkar” nominasiyası üzrə mükafatlandırıldı.

- Emilya xanım, öz işinizi qurmağınız necə oldu?

- Mən Azərbaycan Dövlət İqtisadiyyat Universitetində Biznesin təşkili və idarə edilməsi üzrə bakalavr təhsili almışam. Bəzən düşünürdüm: “Görəsən, niyə bu fakültəni seçmişəm?” Çünki həmişə deyirdim ki, mən incəsənət adamıyam, yaradıcı insanam. Elə oldu ki, zamanla öz işimi qurmaq qərarına gəldim. Başlanğıcda özüm üçün fərqli sahədə biznes qurmağı planlaşdırırdım. Lakin təsadüfən bir nəfərin sifarişini hazırlamaq məcburiyyətində qaldım. İşin nəticəsi olduqca uğurlu alındı və düşündüm: “Niyə də yox?” Beləliklə, fəaliyyətimə başladım. İlk olaraq biznesə onlayn şəkildə başladım, sonra işimi genişləndirməyə qərar verdim.

- Təcrübəsiz halda başlamaq necə idi?

- Əlbəttə, təcrübəsiz olduğum üçün bir çox çətinliklərlə üzləşdim, maneələrlə qarşılaşdım. Ancaq zaman keçdikcə bu çətinliklərin öhdəsindən gəlməyi bacardım.

- Öz işinizi qurmağa nə qədər maliyyə lazım oldu?

- İlk dövrlərdə, əslində, cəmi 40-50 manatla işə başladığımı deyə bilərəm. Bu məbləğ yalnız işim üçün lazım olan sifarişləri və ərzaqları almağa kifayət edirdi.

- Maraqlıdır, nə qədər müddət sonra öz ticarət obyektinizi açdınız?

- 1-2 il ərzində işimi genişləndirərək öz məkanlarımı açmağı bacardım. Bu məkanlar həm kurs, həm də “Cake Baku” adı ilə istehsalat sahəsini əhatə edirdi.

- Qənnadçılıq üzrə təhsilinizi 2 il bundan qabaq bitirmisiniz. İşin mətbəxindən başlasanız da, sonra təhsilini də almısız. Təhsil almaq qərarını necə aldınız və sizə nələr qatdı?

- Biznesimin bugünkü nəticəsi daima öz üzərimdə çalışmağım, inkişafım üzrə davamlı fəaliyyətimin bəhrəsidir. Heç vaxt dayanmadım, həmişə yeniliklərə açıq oldum. Baxmayaraq ki, təcrübəm kifayət qədər çox idi, amma qənnadçılıq və aşpazlıq sahələrində heç bir rəsmi təhsil almamışdım. 10 il iş təcrübəsi qazandıqdan sonra qərara gəldim ki, bu sahəyə daha dərin yanaşmalıyam. İşimin haqqını vermək üçün mütləq sahə üzrə təhsil almağım lazım idi. Buna görə də, iki il ərzində həm ölkə daxilində, həm də xaricdə müxtəlif ali məktəblərdə təhsil aldım, müxtəlif kurslara qatıldım və nəhayət, arzuladığım diplomları əldə etdim. Bu proses mənim üçün həm çətin, həm də öyrədici oldu.

- Amma bir tərəfdən düşünürəm ki, sizin iş həyatında qazandığınız uğurlarda biznesin təşkili və idarə edilməsi üzrə aldığınız təhsilin də faydası olub.

- Bu məlumatı eşidən çoxları deyir ki, “Görürsən, təhsilin bir önəmi olub”. Bilmirəm, bəlkə də olub. Məncə, bu, daha çox genetikadan və daxildən gələn xüsusiyyətdir. Minlərlə insan var ki, bu fakültəni bitirməyib, amma öz biznesini qurub və uğurla idarə edir. Yəni iş həyatında qazandığım uğurların ali təhsilimlə əlaqəli olduğunu düşünmürəm. Çünki bizim iş daha çox yaradıcılıq tələb edir.

- Daha çox ənənəvi reseptlərdən ilham alırsınız, yoxsa özünüzə məxsus reseptlər də varmı?

- Həm ənənəvi, həm də öz fəaliyyətim nəticəsində yaratdığım unikal reseptlərdən istifadə edirəm. Eyniliyi sevmirəm, buna görə də hər zaman yeni və fərqli ideyalar üzərində düşünürəm. Adətən, yeni tanış olduğum meyvə və ya tərəvəzlərdən ilham alıb, onlardan şirniyyatlar hazırlayıram. Son dövrlərdə isə tərəvəzlərdən desertlər hazırlamaq mənə xüsusi zövq verir.

- Qənnadçılıqda sizə ən çox zövq verən nədir?

- Şirniyyat işində ən çox şokoladla işləməyi sevirəm. Bu mənə daha çox zövq verir.

- Bəs şirniyyat yeməyi sevirsiniz?

- (Gülür) Ümumiyyətlə, çox insan deyir ki, xarici görünüşümdən şirniyyatçı olduğun və şirniyyat yeyən olduğum hiss olunmur. Amma mən yeməyi, xüsusilə də şirniyyatı çox sevirəm və demək olar ki, hər gün şirniyyat qəbul edirəm. Azərbaycan şirniyyatları ilə yanaşı, bütün ölkələrin şirniyyatlarını dadmağa çalışıram, xüsusilə fransız və italyan şirniyyatları mənim favoritlərimdir.

- Təsisçisi olduğunuz “Cake School” akademiyasının yetişdirdiyi tələbələrdən danışaq.

- Artıq 10 ildən çoxdur ki, Azərbaycanın ilk kulinariya və qənnadçılıq məktəbi olan “Cake School”u təsis etmişəm və burada həm masterchef, həm də müəllim kimi çalışıram. Sertifikat alan tələbələrin böyük faizi işə başlayır, təbii ki, bəziləri isə məşğul olmur. Bu işə başladığımda demişdim ki, bir gün bütün şirniyyat evlərində “Cake School”un tələbələri olacaq. Görünür, o vaxt artıq gəlib. Çünki çox vaxt hansısa məkana gedəndə görürəm ki, tələbələrim orada işləyir və ya həmin yerlər onların rəhbərlik etdiyi müəssisələrdir. Hətta bir gün təsadüfən bir şirniyyat dükanına girmişəm və tələbələrim məni qarşılayıb. Bəziləri rəhbər vəzifədə, bəziləri isə şirniyyatçı olaraq çalışır. Bu, çox xoş haldır.

- Qənnadçılıq sahəsində biznes quranların sayı çoxalır. Deyirlər ki, gəlirli sektordur. Bəs bu sahədə uğurlu olmaq nədən asılıdır?

- Nəinki qənnadçılıq, ümumiyyətlə qida sektoru olduqca gəlirlidir. Lakin düzgün biznes qurmaq, onu idarə etmək və reklam etmək lazımdır ki, bu sahə gəlirli olsun. Gəlir gətirməyi isə bir anda baş vermir. Müəyyən qədər zaman və müştəri auditoriyası tələb edir. Sadəcə əzm lazımdır ki, çətin dövrləri keçəsiniz, müştəri qazanasınız və öz üzərinizdə işləyərək işinizi gəlirli edəsiniz.

Bundan əlavə, gəliri düzgün idarə etmək də vacibdir. Biznesdə gəlirin necə istifadə edilməsi çox əhəmiyyətlidir, çünki bu gəlirin həm gələcək biznesinizi böyütməyə, həm də bu gündəki işinizin geriləməməsinə yönəlməsi lazımdır. Ailə xərcləri, işin bugünkü ehtiyacları ilə yanaşı, gələcəkdə işi böyütmək üçün lazım olan investisiyaları da nəzərə almaq lazımdır. Bu səbəbdən maliyyə məsələlərini düzgün idarə etmək olduqca vacibdir.

- Deyirlər ki, öz reseptini qonşuya verirsən, amma onda eyni dad alınmır. Qənnadçılıq necə işdir?

- Resepti vermək yalnız tərkib hissələrini sadalamaqdan ibarət deyil. Mənə elə gəlir ki, düzgün izah və dəqiq təlimatlar vacibdir. Şirniyyat hazırlamaq çox dəqiqlik tələb edir, ona görə də təkcə reseptin özü kifayət etmir. Reseptdə istifadə edilən ərzaqların markaları, sobanın növü, istilik balansı və s. nüanslar da önəmlidir.

Qənnadçılıq ümumiyyətlə, bütün sənətləri özündə birləşdirən sahədir. Əgər siz qənnadçısınızsa, məsələn, dərzilikdə, zərgərlikdə və digər sahələrdəki ustalığı da tətbiq etməlisiniz. Tort hazırlığında isə, məsələn, düzgün krem sıvamaq o qədər dəqiq olmalıdır ki, tortlar əyri görünməsin. Güllərin hazırlanmasında isə floristikanı bilmək vacibdir. Yəni, qənnadçılıq, müxtəlif sənət sahələrinin birləşdiyi sahədir. Görüntü qədər ağız dadı da çox önəmlidir. İnsanlarla ünsiyyətdə olan şef, onların ağız dadını düzgün anlamalı və ona uyğun məhsullar təqdim etməlidir ki, müştəri həmişə məmnun qalsın.

- Emilya xanım, ötən ilin “Gənc sahibkar”ı seçildiniz. Təəssüratlarınız necədir?

- Çox sevindim. Bu mükafata layiq görülmək xoş təcrübə idi. Ümumiyyətlə, ötən il o qədər uğurlar qazandım ki, saymaqla bitməz. Həm ölkəni xarici ölkələrdə təmsil etdik, həm də qızıl medal və qızıl kubokla vətənə qayıtdıq.

İnsanın öz ölkəsində də fəaliyyətlərinə görə dəyər görməsi isə tamam başqa hissdir. Buna görə İqtisadiyyat Nazirliyinə və Gənclər və İdman Nazirliyinə xüsusi təşəkkürümü bildirirəm. Mənim üçün çox dəyərlidir ki, fəaliyyətim bu cür qiymətləndirilir.

- Beynəlxalq bazara çıxış üçün planlarınız varmı?

- Beynəlxalq bazara çıxmaq fikrim var, amma heç vaxt heç nə üçün tələsmirəm. Zaman özü hər şeyi öz yerinə qoyur və lazım olduğu vaxtda xəyalları gerçəkləşdirmək üçün şərait yaradır. Ancaq beynəlxalq bazara çıxmaq istəsəm, bu, ilk növbədə kurslar və ustad dəsrləri ilə bağlı olardı. Daha sonra, bəlkə, partnyorlardan hər hansı təklif gəlsə, başqa ölkələrdə şirniyyat evi açmağı da düşünürəm. İnşallah, yaxın gələcəkdə bunlar da qismət olar.

- Xaricdə şöbə açsanız, ilk olaraq harda olmasını istəyərsiniz?

- İlk şöbə açsam, çox istəyərdim ki, bu, Londonda və ya Dubayda olsun.

- Şirniyyat biznesi açmaq istəyənlərə hansı məsləhətləri verərdiniz?

- Daxili bazarda bu gün şirniyyat sektoru kifayət qədər inkişaf edib və inkişaf etməyə davam edir. Xüsusilə son dövrlərdə kofeşopların fəaliyyətinin artması şirniyyat sektoruna da öz təsirini göstərir. Menyulara diqqət etsək, bu sahədə ciddi inkişaf var. Əslində, biznes açanlara bunu təklif edərdim ki, eynilikdən qaçsınlar. Bizdə ağız dadları çox gec dəyişir, yəni insanlar yeni desertlərə gec adaptasiya olurlar və gec öyrənirlər. Klassik dadlara daha çox üstünlük verirlər. Lakin, menyuların gec dəyişməsi də yaxşı deyil. Nə qədər ki, yenilikçi olurlar və insanlara yeni dadları restoranlara və kofeşoplara təqdim edirlər, daha yaxşı nəticələr əldə edə bilərlər.

Maya Hüseynova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Baş bankir xakerlərin oğurladığı 80 min manatın tez tapılması məsələsinə aydınlıq gətirdi

Bakıda torpağın qiyməti neçəyədir? - Açıqlama

Banklara pul qoyanların sayı 40 mindən çox artıb

"2025-ci ildə iqtisadiyyatımızın artımını 3,3% proqnozlaşdırırıq" - Taleh Kazımov

Peşə məktəblərində direktor və müavin olmaq istəyənlərin nəzərinə!

Bakıda köhnə tikililər 10,5, yeni tikililər isə 12,3% bahalaşıb

Gələn aydan bu müavinətin də məbləği artacaq

Ötən il Azərbaycanın xam neft ixrac etdiyi ölkələr - TAM SİYAHI

Ötən il Azərbaycanın xam neft ixrac etdiyi ölkələr - TAM SİYAHI

Valideynlərini itirmiş uşaqlara müavinət verilməsində YENİLİK

Müəllimlər üçün “TəhsilPlus” kartı hazırlanır - RƏSMİ

Xaricə satılan neft koksunun qiyməti 3 dəfə ucuzlaşıb

Ələt-Astara dəmir yolu nə vaxt işə düşəcək? - Rəsmi

Vergi orqanlarına şikayətlər azalıb

Qazaxıstan Şımkentdən Bakıya birbaşa reys açacaq

"Netflix" hesabatını açıqladı - “Gəlir və mənfəət gözləntiləri üstələdi”

"Netflix" hesabatını açıqladı - “Gəlir və mənfəət gözləntiləri üstələdi”

Mərkəzi Bank 2025-ci il üzrə inflyasiya proqnozunu azaldıb

Regional Mədəniyyət İdarəsinin müavini vəzifəsini icra etmiş şəxs yenidən həbs edildi

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi

DİN-dən saxta mesajlarla bağlı əhaliyə müraciət

Ötən il ölkəyə gətirilən elektromobillərin sayı azalıb

Tramp süni intellekt sahəsində 100 milyard dollarlıq layihəni təqdim edib

2024-cü ilin “Gənc sahibkar”ı: “Ötən il o qədər uğurlar qazandım ki, saymaqla bitməz”

2024-cü ilin “Gənc sahibkar”ı: “Ötən il o qədər uğurlar qazandım ki, saymaqla bitməz”

ABŞ-nin BMT-yə borcu 3 milyarda çatır

Neftimizin qiyməti ucuzlaşdı

Rubl bahalaşdı, lirə ucuzlaşdı

“Kapital Bank”ın Müşahidə Şurasının tərkibində dəyişiklik ediləcək

Brend qurulmasında uğurlu metod: Orijinal yaşayırsınızsa... - SƏHƏR OXUSU

Brend qurulmasında uğurlu metod: Orijinal yaşayırsınızsa... - SƏHƏR OXUSU

"Mikayıloğlu" şirkəti üçün 25 min manatlıq cərimə təhlükəsi

Çexiya Rusiya neftindən imtina edir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin