BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7724
  • RUB
    1.6318
  • TRY
    0.0485
  • GBP
    2.1382
62412

Ölkədə ilk KOB klaster şirkəti olan “Frutena KOB klaster şirkəti” MMC artıq dövlət qeydiyyatına alınıb. KOB klaster şirkəti Quba rayonunun ərazisində alkoqolsuz içkilərin istehsalında istifadə ediləcək təbii meyvə konsentratı istehsal edəcək.

Valyuta.az xəbər verir ki, 4 hektar ərazidə yerləşəcək zavodun 2025-ci ildə fəaliyyətə başlaması planlaşdırılır. Zavodda illik 4 min ton alma konsentratı istehsal edilməsi nəzərdə tutulur ki, bunun üçün 28-30 min ton almadan istifadə olunması proqnozlaşdırılır. KOB klaster şirkətinin fəaliyyəti üçün 15 milyon manat investisiya yatırılacağı və layihə çərçivəsində ilkin mərhələdə 30 nəfərin daimi işlə təmin ediləcəyi nəzərdə tutulur.

Artıq KOB klaster şirkətinin 10 iştirakçısı müəyyənləşdirilib. KOB klaster şirkətinin iştirakçılarının sayının artması nəzərdə tutulur. Bunun üçün Quba və ətraf rayonlarda fəaliyyət göstərən təsərrüfat sahibləri şirkətə müraciət edə bilərlər.

KOB klaster şirkətinin fəaliyyətə başlaması ilə ölkəmizdə alkoqolsuz içkilərin istehsalında istifadə edilən təbii meyvə konsentratı istehsalı sahəsində idxaldan asılılığın azalması, bu sahədə ixrac imkanlarının artması, Quba-Xaçmaz iqtisadi rayonunda yerləşən bağlarda və həyətyanı təsərrüfatlarda yetişdirilən meyvələrin satılması ilə bağlı çətinliyin aradan qalxması proqnozlaşdırılır.

Gələcəkdə müəssisənin məhsul qablaşdırmasında istifadə edəcəyi dəmir çəlləklərin və aseptik salafan torbaların idxalından asılılığın azaldılması üçün klaster daxilində yerli istehsalın inkişaf etdirilməsi də planlaşdırılır.

“Bakı KOB evi”ndə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Frutena KOB klaster şirkəti” MMC-nin rəhbərliyi arasında görüş keçirilib. Görüş çərçivəsində şirkətə KOB klaster şəhadətnaməsi təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İtaliyanı Siciliya ilə birləşdirəcək körpü tikiləcək - 4,6 milyardlıq layihə

"Kia" avtomobillərində ciddi təhlükələr aşkarlandı

Sabah hava yağmursuz olacaq

Çin dünyanın ən sürətli qatarı ola biləcək prototipi təqdim edib

2024-cü ildə dünyada ən çox ziyarət edilən şəhərlər

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib

Azərbaycan bu ölkəyə qaz nəqlini 10 % artırıb

Azərbaycan bu ölkəyə qaz nəqlini 10 % artırıb

Rusiya Avropaya göndərilən qazın miqdarını azaltdı

Beş başlıqda 2025-ci il üçün qlobal iqtisadi perspektivlər -SƏHƏR OXUSU

Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib

Prezident İlham Əliyev: İlin əvvəlində qarşımıza qoyduğumuz bütün məsələlər öz həllini tapıb

Sabahdan hansı artımlar qüvvəyə minəcək?

Londonda evdən 10 milyon funt sterlinq dəyərində zinət əşyası oğurlanıb

Yeni ildə bahalaşmadı, amma Novruzda gözlənilir - "Tələbatı ödəmir, xaricə göndərilir”

Təyyarə qəzasından sonra insanların səyahət planı dəyişib?

İlham Əliyev onları təltif etdi - Siyahı

Üç populyar "iPhone" modeli satışdan erkən çıxarıldı

Azərbaycan Fransaya investisiya qoyuluşunu 10 %-dən çox azaldıb

"Google" rəhbərindən 2025-ci il çağırışı

Bir ayda 7 zəlzələ: Azərbaycanı ciddi təhlükə gözləyir?

Tramp təcavüz iddiası ilə açılan məhkəməni uduzdu - 5 milyon dollar təzminat ödəyəcək

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Alacağımız məhsuldan verəcəyimiz səsə qədər... Süni zəkanın insanlıq üzərindəki təsiri -SƏHƏR OXUSU

İqtisadiyyatımıza yeni nəfəs gələcək

Təyyarədə "ən təhlükəsiz yer" varmı?

Bayram qiymətləri - İqtisadi əsası yoxdur, amma təbiidir

“Qara qutu”lar niyə Braziliyaya göndərilir?

Yeni il gecəsi metro bu saatadək işləyəcək

Təyyarəmizə eniş izni verməyən Əli İdrisov dindirildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin