BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7724
  • RUB
    1.6318
  • TRY
    0.0485
  • GBP
    2.1382
62409

Biznes maraqlı olduğu qədər idarə edilməsi çətin və məsuliyyətli bir sahədir. Bu sahənin əsasında düzgün idarə edilmə durur. Biznes sahəsində uğur qazanmaqda diqqət edilməli olan əsas mövzulardan biri də zamanın düzgün idarə edilməsidir. İdarəçilər bizneslərində nə qədər yatırım etsələr də, zamanı düzgün idarə edə bilmədikdə ya gözlədikləri nəticəni ala bilmir, ya da olduqca gec əldə edirlər. Bəs diznes sahəsində zaman necə idarə olunmalıdır? İşdə zamanın düzgün idarə olunmaması nələrə səbəb ola bilir?

“Zamanın necə idarə olunması biznesin taleyini həll edir”

Valyuta.az-a danışan Karnegi Klub Treninq Mərkəzinin rəhbəri, biznes təlimçi Nəcəf Allahverdiyev bildirdi ki, zamanın düzgün idarə olunması insan həyatının bir çox sahələrində öz təsirini qoyur. Təsiri ən çox hiss edilən istiqamətlərdən biri də biznes sahəsidir: “Bir çox insanın bu sahədə zamanı idarə etməkdə çətinlikləri olur. Bu çətinliklər bir biznesin çökməsinə və  ya işlərin yarımçıq qalmasına səbəb ola bilər. Bu çətinliklərdən biri də  zamanın düzgün idarə olunmasında psixoloji baxımdan yaranan problemlərdir. Bunlara pandemiya halını almış ertələmə problemi, prokrastinasiya sindromu, perfeksionizm sindromu və.s aiddir. Bu tip sindromlarla yanaşı, məqsədlərin düzgün qoyulmaması, strateji planlamanın olmaması hər hansı bir biznesi öncədən inkişaf etməsinə baxmayaraq iflasa uğrada bilər”.

“Zaman puldan qat-qat üstündür”

Nəcəf Allahverdiyev  biznes sahəsində zamanın düzgün idarə edilməsinin üstünlüyünü qeyd edib: “Biznesmenlərin məşhur bir deyimi var: “Zaman puldur”. Əslinə qalsa, zaman puldan qat-qat üstündür”. Çünki biznes sahəsində olan və pul qazanan insanlar çox yaxşı bilirlər ki, pulu daha çox itirib, daha çox qazanmaq olar. Lakin zaman gedir, onu saxlamaq və yenidən qazanmaq mümkün deyil. Bu baxımdan zaman daha əhəmiyyətlidir”.

“Zamanı idarə etmək mümkün deyil”

Nəcəf Allahverdiyev bildirib ki, zamanı idarə etmək mümkün olmasa da, biz özümüzü idarə etməyi bilməliyik: “Bir çox şirkətlər olub ki, çox böyük nailiyyətlər əldə ediblər. Lakin zamanı idarə edə bilmədikləri üçün qazandıqlarının böyük hissəsini itirməli olublar. Elə buna görə də zamanın idarə edilməsi həm insan, həm də biznes həyatına böyük təsir edir. Günümüzdə biznes sahəsində zamanın düzgün istifadə edilməsini öyrənəcəyimiz çoxlu əlçatan  üsullar var. Bunlardan biri də biznes sahəsində  zamanın idarə edilməsi və səmərəli istifadəsinin artırılması üçün “zamanın idarə olunması” (ing. time management) təlimidir. Bu təlimlərlərin içərisində strateji planlama adlı önəmli bir mövzu var. Ona görə də hər bir biznes sahibi uğur qazanmaq üçün strateji planlamanı bilməli və  planlamadan başlamalıdır. Çünki bu planlama biznesdə həyata keçirəcəyimiz strategiyaların işlənilməsi və realaşdırılmasını təmin edən qərarların və fəaliyyətlərin məcmusudur”.

“Məqsəd və hədəflər zamanın idarə olunmasını asanlaşdırır”

Nəcəf Allahverdiyev mövzu ilə bağlı önəmli bir deyimi vurğulayıb:  “Hər hansı bir gəmi hansı limana yan aldığını bilmirsə, onun üçün küləyin hansı istiqamətə əsməyinin fərqi yoxdur”. “Bu baxımdan  məqsədləri və hədəfləri tapmaq, biznes sahəsində zamanın düzgün idarə olunmasına böyük təsir göstərir. Elə bu səbəbdən,  hər bir biznes sahibi zamanın idarə olunmasına diqqət yetirməli, hədəflərini bilməli, planlarını cızmalı  və ona uyğun vaxtı müəyyən etməlidir”.

Sərvanə Rəmixanova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib

Azərbaycan bu ölkəyə qaz nəqlini 10 % artırıb

Azərbaycan bu ölkəyə qaz nəqlini 10 % artırıb

Rusiya Avropaya göndərilən qazın miqdarını azaltdı

Beş başlıqda 2025-ci il üçün qlobal iqtisadi perspektivlər -SƏHƏR OXUSU

Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib

Prezident İlham Əliyev: İlin əvvəlində qarşımıza qoyduğumuz bütün məsələlər öz həllini tapıb

Sabahdan hansı artımlar qüvvəyə minəcək?

Londonda evdən 10 milyon funt sterlinq dəyərində zinət əşyası oğurlanıb

Yeni ildə bahalaşmadı, amma Novruzda gözlənilir - "Tələbatı ödəmir, xaricə göndərilir”

Təyyarə qəzasından sonra insanların səyahət planı dəyişib?

İlham Əliyev onları təltif etdi - Siyahı

Üç populyar "iPhone" modeli satışdan erkən çıxarıldı

Azərbaycan Fransaya investisiya qoyuluşunu 10 %-dən çox azaldıb

"Google" rəhbərindən 2025-ci il çağırışı

Bir ayda 7 zəlzələ: Azərbaycanı ciddi təhlükə gözləyir?

Tramp təcavüz iddiası ilə açılan məhkəməni uduzdu - 5 milyon dollar təzminat ödəyəcək

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Alacağımız məhsuldan verəcəyimiz səsə qədər... Süni zəkanın insanlıq üzərindəki təsiri -SƏHƏR OXUSU

İqtisadiyyatımıza yeni nəfəs gələcək

Təyyarədə "ən təhlükəsiz yer" varmı?

Bayram qiymətləri - İqtisadi əsası yoxdur, amma təbiidir

“Qara qutu”lar niyə Braziliyaya göndərilir?

Yeni il gecəsi metro bu saatadək işləyəcək

Təyyarəmizə eniş izni verməyən Əli İdrisov dindirildi

Su təchizatı şəbəkəsinə qoşulma prosesi necədir?

"Apple Watch" kəmərlərində xərçəng riskini artıran maddələr aşkarlandı

Kütləvi turist axını olmayan Avropa adası açıqlandı - Turistlər üçün

Dünyanın ən bahalı futbolçuları məlum olub - Siyahı

AZAL Bakı-Aktau reysi ilə bağlı açıqlama yaydı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin