Uğurlu restoran biznesini necə qurmaq olar? - SƏHƏR OXUSU
Yeni açılan restoranların 60%-i elə ilk ildə iflas edir.
Bu restoranların ilk il ərzində bağlanması qorxulu görünə bilər, lakin düzgün planlaşdırma və böyük zəhmətlə restoran açmaq həyatınızın ən maraqlı və faydalı təcrübələrindən biri ola bilər.
Hazırda bütün dünyada yemək sektoru böyük maraq görür. Hətta bəzi istehlakçılar iddia edir ki, çox işlədiklərinə görə, onların yemək bişirməyə nə vaxtları, nə də həvəsləri var. Ona görə də restoranda əyləşməklə bərabər həm də evə, iş yerlərinə yemək çatdırılması sifarişlərinin sayı hər gün artır. Bu tələbatın artışı yemək sektorundakı bəzi trendlərin yaranmasına səbəb olur.
Yemək sifariş edənlərin böyük hissəsini subaylar, işləyən analar və atalar, yaşlı insanlar təşkil edir.
Yemək sektorunun gələcəyi ümumiyyətlə parlaq kimi görünür, amma bu işdə əlbəttə ki, heç nə təminatlı deyil. Ən uğurlu sahibkarlar belə sizə bu sektorun "asanca pul qazanılacaq" bir sektor olmadığını söyləyəcəklər.
Həqiqət odur ki, bir çox restoran, əsasən planlaşdırmanın çatışmazlığı səbəbindən hələ birinci il tamamlanmadan uğursuz olur.. Bu işi qurarkən planlarınızı nə qədər axıcı və planlı şəkildə edərsinizsə, uğur əldə etmə şansınız da o qədər artar.
Bəs restoran açmaq üçün ilk olaraq hansı addımları atmaq lazımdır?
Valyuta.az restoran açmaq istəyənlər üçün aşağıdakı planları təqdim edir:
- Hədəf bazarları müəyyən edin
- Restoran konsepti seçin
- Xarakterinizə uyğun bir niş seçin
- İş planı hazırlayın
- Lazımi kapitalı təmin edin
- Restoran üçün yer tapın
- Restronda necə atmosfer yaradacığınızı düşünün və tərtib edin
- Restoranınıza ad tapın
- Menyu hazırlayın
- Professional işçilər seçməyə çalışın
- Qida təchizatçıları ilə əlaqə qurun
- Lazımi hüquqi məsələləri həll edin
- Restoran üçün lazım olan avadanlıqları təmin edin
- Marketinq və reklam işlərini həll edin
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay